Bia.Az

Elşad Hacıyev: Azərbaycan qadını ölkədə sabitliyin qorunub saxlanılmasında yaxından iştirak edir

Cəmiyyət
 8-03-2024, 01:18     405

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev 8 Martla bağlı Facebook-da paylaşım edib. 

Musavat.com xəbər verir ki, paylaşımda deyilir.

"Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir və ən xoş arzularımızı çatdırırıq.

Şəhid analarına, şəhidlərin ömür-gün yoldaşlarına bayram təbrikimizi yetirir, onlara səbir, təmkin və dözüm arzulayırıq. Qadın zərifliyin, ülviliyin və gözəlliyin rəmzidir. Bu adın ucalığı, işgüzarlığı və saflığı nəsillərə örnəkdir. 
326536158_1217147155852041_2003270071648293701_n.jpg (123 KB)
Elşad Hacıyev

Bu gün də Azərbaycan qadını ölkədə sabitliyin qorunub saxlanılmasında yaxından iştirak edir, bu işin təşkilində öz töhfələrini əsirgəmir. Hər birinizə möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik və uğurlar diləyirik!
Bayramınız mübarək olsun!" 
431267322_420766080365945_3618028768976796869_n.jpg (91 KB)скачать dle 12.1