Bia.Az

AMEA yenə də Ramiz Mehdiyevin TAM NƏZARƏTİNDƏDİR... - "Mehdiyevin edə bilmədiyinin ikiqatını edirlər..."

Cəmiyyət
 5-03-2024, 10:16     372

"AMEA Ramiz Mehdiyevin rəhbərliyi dövrü ilə müqayisədə indi daha pis duruma düşüb". Dia-az.info xəbər verir ki, bunu AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov açıqlamasında bildirib.

O daha sonra fikrinə belə davam edib: "Parlaq reklam çarxları qətiyyən mahiyyəti əks etdirmir və sui-istifadələrə hesablanıb. Heç kəsə sirr deyil ki, AMEA-nin yüksək post tutan kadrlarının az qala doxsan faizi Mehdiyevin kadrlarıdır. Həmin kadrlar öz ağalarından - onları yaxşı tanıyan Mehdiyevdən ehtiyat edib hədlərini çox da aşa bilmirdilər. İndi isə mənzərə bambaşqadır. Necə deyərlər, "Ara xəlvət, tülkü bəy". Şəbəkə dövlətə kələk gəlmək üçün bütün resurslarını işə salıb.

İndikilər incə metodlarla Mehdiyevin edə bilmədiyinin ikiqatını edirlər.

Bəlkə də içdikləri sədaqət andına sadiq qalaraq kimlərdənsə "ağsaqqal"ın qısasını alırlar. Axı onları "adam" edən "ağsaqqal" olub. Birinci mərhələdə "ağsaqqal"ı pisləyib divident qazandılar, vəzifələr tutdular. İndi isə növbəti mərhələnin anonsu verilməkdədir..."
скачать dle 12.1