Bia.Az

İsveçrədən gələn jurnalist Kəramət Böyükçöl haqda görün nə yazdı – “Onu susdurmaq üçün…”

Cəmiyyət
 2-03-2024, 16:43     304

“Bugünlərdə Kəramət Böyükçölün Kerazon kitab mağazasında oldum. Gənc yazarla bir xeyli söhbətləşdik. Ağrılı-acılı bir məqama toxundu. Məlum oldu ki, yazıçını iqtidara satılmaqda ittiham edirlər. Deyirlər ki, Kəraməti susdurmaq üçün iqtidar onun atasına ev verib. Kəramət üçün isə kitab mağazası açıblar. Əlbəttə, bu ittihamları mən də eşitmişdim. Ancaq bu məsələyə yazıçının özünün toxunması tam fərqli bir ovqat yaratdı…”.

Globalinfo.az xəbər verir ki, bunu İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənli özünün Facebook hesabında yazıb.

E.Həsənli bildirib ki, bu dedi-qodular yazıçını hövsələdən çıxarır, əhvalına mənfi təsir edir, yaşamaq həvəsini heçə endirir:

Elbəyi Həsənli övladına Bakıda toy edəcək
Elbəyi Həsənli

“Kəramət Böyükçöl yazıçıdır. İstedadlı qələm sahibidir. O, məhz yazıçı kimi dəyərlidir. Bir çoxları isə onu radikal azadlıq mücahidi kimi görmək istəyir. Mən onları da başa düşürəm. Ancaq onlar da başa düşməlidir ki, Kəramət Böyükçöl ədəbiyyat müstəvisində yer alır. 6 kitabın müəllifidir. Şübhəsiz ki, ən yaxşı əsərlərin hələ bundan sonra yazacaq. İmkan verin o da öz işini görsün…”.

Jurnalist İsveçrə ilə Azərbaycanın kitaba münasibətini müqayisə edib. Bildirib ki, orda ən gözəgəlimli yerlərdə kitab mağazaları fəaliyyət göstərir. Onun sözlərinə görə, Sürixdə 3-4 mərtəbəli kitab mağazası var. İnsanlar həvəslə kitab alır, oxuyur. Jurnalist İsveçrənin dünyanın ən varlı və ən mədəni ölkələrin sırasında olmasını bununla əlaqələndirib.


“Bizdə isə bir yazarın zirzəmidə açdığı balaca bir kitab mağazası bu qədər söz-söhbətə səbəb olur, onu hədəfə çevirir” – E.Həsənli qeyd edib.

Elbəyi Həsənli Qərb ölkələrində yaşayan azərbaycanlılara müraciət edib:

“Bakıda olanda Kerazon kitab mağazasına baş çəkin. Kitab alın. Həm mütaliə edin, həm də Bakıda zirzəmilərə sürüklənmiş Azərbaycan ədəbiyyatına dəstək verin. Biz millət olaraq ədəbiyyatımızı, ümumiyyətlə, elm və mədəniyyəti təbliğ edən kitab mağazalarını zirzəmilərdən çilçıraqlı binalara daşımalıyıq. Kitab oxumalıyıq. Diqqət edin: Dünyanı idarə edən xalqlar məhz kitab oxuyan xalqlardır. Təbii ki, cahillər aqilləri idarə edə bilməz…”.скачать dle 12.1