Bia.Az

İcra başçısı Xocalı soyqırımı günü xınayaxdı etdi?

Cəmiyyət
 28-02-2024, 16:20     247

Xəbər verildiyi kimi, bu gün Ağstafa rayonunun icra başçısı Seymur Orucovla tanınmış teleaparıcı Alidə Mustafayevanın toyudur. Cütlüyün bir neçə gün əvvəl nikah mərasimi keçirilib.

 
Sfera.az Bizim.Media-ya istinadən xəbər verir ki, icra başçısı ilə tanınmış teleaparıcının xınayaxdı mərasimi Xocalı qətliamının 32-ci ildönümü günü Bakının dəbdəbəli restoranlardan birində baş tutub. 

Qeyd edək ki, yerli mediada Ağstafa rayon İcra hakimiyyətinin başçısı Seymur Orucovun Xocalı faciəsinin ildönümündə rayonda təşkil edilən tədbirlərə qatılmadığı bildirilir. Səbəb olaraq isə icra başçısının da 26 fevral günü izdivaca girəcək xanımla olan xınayaxdı mərasimində iştirakı göstərilir. 

Sayt məsələ ilə bağlı hər iki şəxslə əlaqə yaratmağa çalışsa da, cəhdləri baş tutmayıb. 
 
Sözügedən iddialarla bağlı adıçəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.скачать dle 12.1