Bia.Az

Zirəddin Rzayev enerji vampirlərindən DANIŞDI

Cəmiyyət
 28-02-2024, 15:02     232

Bəzi adamlarla onlarla ünsiyyət bizi yorur, tükəndirir. Hansı səbəblərdənsə, ünsiyyət saxlamağa məcbur olsaq da (iş, qohumluq və s.), o adamlarla görüşmək istəmirik, çünki ruhumuzun yaralandığını, incindiyini hiss edirik. Onlarla görüşdükdən, danışdıqdan, hətta mesajlaşdıqdan sonra bəzən günlərlə özümüzə gələ bilmirik. Bu adamlar enerji vampirləridir.

Enerji vampirləri sizin qan qohumlarınız da ola bilər, fərqi yoxdur, uzaq durmanız məsləhətdir, çünki orqanizminizi əhatə edən auranızı zədələyirlər”.

Bu fikirləri Lent.az-a ekstrasens Zirəddin Rzayev deyib. O bildirib ki, enerji vampirləri əsasən xaosdan qidalandıqları üçün dava-dalaş, qanıqaraçılıq yaratmağı sevirlər, ona görə onlarla ünsiyyət qarşısındakı adamı xəstə salacaq qədər ağır olur. Çox zaman enerji vampirləri özləri vampir olduqlarını bilmirlər.

Ekstrasens enerji vampirlərini asan tanımaq üçün 10 əlamət olduğunu bildirib.

1. Daim şikayətlənirlər.

2. Daim tənqid edir, qarşılarındakı adamı gözdən salmağa qiymətsizləşdirməyə çalışırlar.

3. İdmana meylli və paxıl olurlar.

4. Sən söhbətdən qaçmağa çalışsan da, o mütləq yol tapıb ünsiyyət qurur, çünki bəslənmək üçün buna ehtiyacı var.

5. Onunla danışdıqdan sonra qəzəb, boşluq, tükənmişlik duyğusu yaranır.

6. Şəxsi həyatınızdakı ən xırda təfərrüatlarla, xüsusən qazancınız, rifah halınızla maraqlanırlar. Kiminsə yüksəlişi onları qıcıqlandırır.

7. Manipulyasiya etməyə çalışırlar.

8. Özləri tez-tez xəstələnir, ətrafındakı adamlar xəstə olurlar

9. Təşəkkür etmirlər.

10. Rəqabətə dözmürlər, özlərindən güclü hesab etdikləri adamı alçaltmağa, zərbə vurmağa çalışırlar.
скачать dle 12.1