Bia.Az

Toyda namaz qılınması müzakirələrə səbəb oldu - VİDEO

Cəmiyyət
 21-02-2024, 02:09     216

Azərbaycanda toy məclisi zamanı bir qrup şəxs namaz qılıb.

Bakupost.az xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev feysbuk hesabında paylaşım edib.
Paylaşım maraqla qarşılanıb və geniş müzakirəyə səbəb olub.

Toy mərasiminin sahibi Oqtay Quliyev İqtisadiyyat.az -a açıqlama verərək hadisəyə münasibət bildirib.

"Məlum video ilə bağlı bir məsələyə aydınlıq gətirməliyəm. Toyu milli adət-ənənələrimizə uyğun olaraq təşkil etmişəm. Muğam üçlüyü əsas toyun aparıcısı idi. Təbii ki, digər toylardan fərqi içki və rəqsin olmaması idi. Toyda dindarlar və möminlərla yanaşı qeyri-dindar qonaqlarım da iştirak edirdi. Möminləri nəzərə alaraq şadlıq evində bir otaqda namaz üçün şərait yaradılmışdı. Ancaq bəzi dindarların təşəbbüsü və təkidi ilə şadlıq evinin ortasında mənim fikrim nəzərə alınmadan camaat namazı qılındı. Həmin namazı lentə alan qonaqlar onu sosial şəbəkələrdə paylaşıblar. Özümə qalsa, bunu doğru hal hesab etmirəm. Düzdür, namaz vaxtında qılınmalıdır, ancaq bəzi məqamlarda şəraiti nəzərə almaq lazımdır. Bura toydur", - mərasimin sahibi qeyd edib.

Həmin görüntüləri təqdim edirik:


скачать dle 12.1