Bia.Az

Azyaşlı qızını vəhşicəsinə döyən ataya cinayət işi açıldı - Rəsmi

Cəmiyyət
 21-02-2024, 02:07     330

Azyaşlı övladına qarşı zorakılıq edən Bakı sakini Elnur Məmmədova qarşı cinayət işi açılıb.

Bu barədə Bakupost.az -a Daxili İşlər Nazirliyindən bildirilib.

"Görüntülər araşdırılıb. Əməlin Bakı şəhəri Türkan qəsəbəsi sakini 1983-cü il təvəllüdlü E. Məmmədov tərəfindən törədildiyi müəyyən olunub. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. E.Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar davam etdirilir", - açıqlamada deyilir.


Əldə etdiyimiz məlumata görə, həmin videonu arvadı çəkib. E. Məmmədov qızından əvvəl arvadını və qayınatasını da döyüb.
O, karyerdə fəhləliklə məşğul olur
скачать dle 12.1