Bia.Az

Heydər Əliyev Fondu şair Məmməd İsmayılın müalicəsini öz üzərinə götürüb

Cəmiyyət
 21-02-2024, 01:54     284

Heydər Əliyev Fondu görkəmli şair Məmməd İsmayılın müalicəsini öz üzərinə götürüb.

Bbu barədə “Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev məlumat verib.

Məmməd İsmayılın qızı İntizar İsmayıl Bakupost-a bildirib ki, artıq müayinələr başlanıb. Onun sözlərinə görə, dünən atası Bona Dea Beynəlxalq Hospitalında müəyyən müayinələrdən keçib: “Nəticələr bəlli olduqdan sonra digər prosedurlar həyata keçiriləcək”.

Qeyd edək ki, bir müddətdir xəstə olan Məmməd İsmayılın son günlər səhhəti pisləşib.

İctimai xadimlər şairin müalicəsi üçün dövlətə müraciət etmişdilər.

Şair Məmməd İsmayıl Azərbaycan ədəbiyyatnın tanınmış imzalarındandır.

O, 80-ci illərin sonunda ölkədə məşhur olan “Gənclik” jurnalının baş redaktoru olub.

1992-93-cü illərdə AZTV-nin sədri vəzifəsini tutub.

M.İsmayıl son illərdə Türkiyədə yaşayırdı.скачать dle 12.1