Bia.Az

Ordudan sonra bu sistem də Türkiyə modelinə keçir – Ankara və Bakı qərar verdi

Cəmiyyət
 21-02-2024, 01:12     249

Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında Azərbaycan-Türkiyə universitetinin yaradılması ilə bağlı Anlaşma Memorandumu imzalanıb.

Maraqlıdır, bu iki ölkə təhsilinə nə vəd edir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan təhsil eksperti Kamran Əsədov qeyd edib ki, Azərbaycan-Türkiyə təhsil əlaqələri hər il yüksələn xətt üzrə atrır:
“Xatırladım ki, Azərbaycan hələ Sovet dönəmindən Türkiyə ilə ali təhsil sahəsində əlaqələr yaratmağa başlamışdır. Lakin bu əlaqələr mövcud dövrün siyasi tələblərinə uyğun aparılmış və müstəqil olmamışdır. Şübhəsiz ki, bu da iki qardaş xalqın milli maraqlarının təmin edilməsi istiqamətində çox mənfi hal olmuşdur. Amma müstəqilliyi bərpa olunduqdan sonra Azərbaycan Türkiyə ilə təhsil sahəsində əməkdaşlığa, daha böyük önəm vermişdir. 1992-ci ilin 16-23 may tarixində Ankarada türk dövlətlərinin təhsil bakanlarının toplantısı keçirildi və bu yığıncaqda təhsil sahəsindəki əməkdaşlıqdan, onun qarşısında duran problemlərdən bəhs edilmişdir. Belə ki, bu toplantıda qardaş dövlətlərin təhsil işində bir-birlərinə yaxından kömək etməsi, təhsil ocaqlarının qarşılıqlı təşkili, bu işlərdə qarşıda duran problemlər və bu problemlərin birgə aradan qaldırılması və s. məsələlər geniş müzakirə edilərək lazımi qərarlar verilmişdir.
Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün sonrakı illərdə də siyasi və hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində xeyli tədbirlər həyata keçirilmişdir”.
Ekspertin sözlərinə görə, son illərdə görülən işlərin nəticəsində Türkiyə tərəfinin yeni təlim texnologiyaları sahəsindəki bilik və bacarıqlarını Azərbaycan tərəfi ilə bölüşməyi, dərs vəsaitlərinin hazırlanmasında və müəllimlərin bu sahədə ixtisas artırmaları istiqamətlərində, həmçinin Azərbaycanın Dünya Bankı və başqa beynəlxalq qurumlarla həyata keçirəcəyi layihə fəaliyyətlərinə hər cür texniki yardım göstərməsi olduqca müsbət haldır:
“Bir məqamı qeyd edim ki, Türkiyənin Qazaxıstan və digər bir neçə ölkə ilə birgə universiteti fəaliyyət göstərir. Bütün sahələrdə Azərbaycanla qardaşlıq münasibətində olan dost ölkənin Azərbaycanla da ortaq ali təhsil müəssisəsi yaradılması çox mühüm hadisədir. Qeyd edim ki, hazırda Türkiyədə 35 min azərbaycanlı gənc ali təhsil alır. Digər tərəfdən isə Türkiyə universitetlərinin əksəriyyəti dünya reytinqində öncül yerlərdədir və məzunları müasir standartlara, əmək bazarının tələblərinə tam şəkildə uyğun gəlir.
Ona görə də onların təcrübəsindən yararlanmağa böyük ehtiyac var. Mövcud qanunvericiliyə görə Azərbaycan və Türkiyə birgə universitet yarada bilər. Belə bir ali məktəbin yaradılması üçün iki ölkə arasında təhsil müqavilələri var, hətta bəyannamə də imzalanıb, həmçinin Azərbaycan və Türkiyə arasında da kifayət qədər çox istiqamətli müqavilələr var”.

Kamran Əsədov
K.Əsədovun fikrincə, Azərbaycanın birgə universitet təsis etmək təcrübəsi var:
“Belə ki, hazırda Azərbaycan və Fransa birgə universiteti – UFAZ yaradılıb və fəaliyyət göstərir. Türkiyə və Azərbaycanda təhsil sahəsində islahatlar həyata keçirilir.
İnanıram ki, Azərbaycan-Türkiyə birgə ali məktəbin yaradılmasına dair bütün proses 2024-cü ildə başa çatacaq. Xarici ölkə universitetlərinin olması ölkədə ali təhsil müəssisələri arasında rəqabət mühitini də formalaşdıra bilər. Eyni zamanda xarici ölkə təcrübəsinin ölkəmizə gəlməsinə şərait yaradacaq.
Digər tərəfdən Türkiyə universitetlərinin, özəl məktəblərinin əksəriyyəti dünya reytinqində öncül yerlərdədir. Məzunları müasir standartlara, əmək bazarının tələblərinə tam şəkildə uyğun gəlir. Ona görə də onların təcrübəsindən yararlanmağa böyük ehtiyac var.
Mövcud qanunvericiliyə görə, Azərbaycan və Türkiyə birgə universitet və orta məktəb yarada bilər. Belə bir ali məktəbin yaradılması üçün iki ölkə arasında təhsil müqavilələri olmalıdır və bu artıq var. Azərbaycanın birgə məktəb təsis etmək təcrübəsi var. Bakıda, “Ağ Şəhər” adlanan ərazidə Bakı Fransız Liseyi və UFAZ universiteti var. Bir neçə ölkə ilə birlikdə Azərbaycanda məktəblər yaradılıb. Seçinov adına Moskva Tibb Universitetinin , Lomonpsof adına Moskva Beybəlxalq Universutetinin Azərbaycanda filyalları var. Azərbaycan-Türkiyə birgə məktəbi ölkədə orta təhsil müəssisələri arasında rəqabət mühitini də formalaşdıra bilər. Eyni zamanda xarici ölkə təcrübəsinin ölkəmizə gəlməsinə şərait yaradar.
Türkiyə Azərbaycan birgə universiteti Azərbaycan universitetləri arasında rəqabət mühitinin yaxşılaşdırılmasına təkan verəcəkdir”.
Milli Məclisin deputatı Ceyhun Məmmədov isə qeyd edib ki, bu gün Azərbaycan və Türkiyə bir çox sahələrdə uğurlu əməkdaşlıq edir:

Ceyhun Məmmədov
“Azərbaycan universitetləri inkişaf edir, ordumuz Türkiyə modelinə uyğunlaşdırılır. Qarşımızda duran əsas məsələlərdən biri də ordu ilə yanaşı digər istiqamətlərdə də bu addımların atılmasıdır. Azərbaycan təhsil sisteminin inkişafı üçün Türkiyə modelinə uyğunlaşması lazımdır. Yeni uğurlara imza atmaq üçün Türkiyə-Azərbaycan universitetinin yaradılması müsbət addımdır. Bu da təhsil sahəsinə və iki ölkənin münasibətlərinin inkişafına yüksək təsirini göstərəcək”.скачать dle 12.1