Bia.Az

"Əhməd Əhmədov sadəcə ailəsinə deyil, taksi sürücüsü olaraq müştərisinə də zərər verə bilərdi"

Cəmiyyət
 15-02-2024, 20:13     555

Bir neçə gündür ki, Azərbaycan bir ailənin qətlindən danışır. Fevralın 13-də 25 yaşlı Əhməd Əhmədov əvvəlcə bacısını və onun övladını, sonra valideyinlərini və qardaşını balta ilə qətlə yetirdi. Əhməd Əhmədovun yaxınların onun psixi xəstə olduğunu iddia edir. Deyirlər ki, onun ruhi problemləri hələ 15 yaşından yaranıbmış. Bütün KİV-lərin diqqəti indi bu hadisənin üzərindədir. Hətta dünən bir televiziya proqramının mövzusu Əhməd Əhmədov idi. Müxtəlif “ekspert”lər dəvət edilmişdi. Hərə bir söz deyirdi. Əslində görünən o idi ki, bəziləri “danışmaq xatirinə danışır”… Reallığı istintaq aşkarlayacaq.


Qonşunun çəkib paylaşdığı məlum videoya baxdım. Qonşu videoya çəkə bilir, amma polisə xəbər verə bilmir… Bu da ayrı bir müəmmadır…
Ən azından digərlərinin həyatını xilas tmək olardı. Əgər qonşu istəsəydi...

Hərə bir söz deyir, biri deyir qonşu həyəcanlı olub. Həyəcanlı adam video çəkib və onu paylaşa bilir. Çox maraqlıdır. Nə isə, bunu araşdırmaq da polisin işidir…

Məsələ burasındadır ki, əgər Əhməd Əhmədov həqiqətən ruhi xəstədirsə, niyə öz yaxınlarını öldürüb?

Deyirlər ki, cinayətkar taksi fəaliyyəti ilə məşğul olurmuş. Çox maraqlıdır ki, hər gün onlarla müxtəlif xarakterli və kaprizli müştərilərlə qarşılaşan Əhməd, nədənsə heç bir müştərisinə zərər verməyib. Versəydi, ən azından "səs"i çıxardı…

Kliniki psixoloq Ramin Hacıyev Bizimyol.info xəbər portalının “niyə öz yaxınlarına qarşı?” sualına cavabında bildirib ki, bu suala rahat cavab vermək düzgün olmaz. Psixoloqun fikrincə, yəqin ki, bu məsələdə qıcıq törədən amillər olub. Ola bilsin ki, hansısa hallüsinasiyalar görüb. Yəni bu barədə indiki situasiyada dəqiq fikir bildirmək düzgün deyil.
Ramin Hacıyev
 Ramin Hacıyev

“Ən təhlükəlisi nədir bilirsinizmi? Bu şəxs, ruhi xəstədir və iddialara görə taksi idarə edir. Siz bir statistikaya nəzər salın. Nə qədər yol nəqliyyat hadisəsi baş verir. Onların nə qədəri sırf taksilərlə əlaqəlidir. Burada çox böyük bir rəqəmdən söhbət gedir”-deyən psixoloq hesab edir ki, bu vəziyyət müştəri ilə də ola bilərdi. Və o zaman cəmiyyət “taksi sürücüsünün müştərini qətlə yetirməsi” xəbəri ilə silkələnə bilərdi.
Psixoloq bildirib ki, böyük ehtimalla xəstə qıcıq yaradan hansısa vəziyyətlə qarşılaşıb və qeyri-adekvat şəkildə məlum hadisəni törədib.
P.S. Ruhi xəstəni cəmiyyət arasına buraxmaq, öncəliklə valideynlərin məsuliyyətsizliyidir. Bu şəxslə hərhansı bir müştəri qarşılaşa bilər və qurban ola bilərdi. Amma bir karma var. Çox zaman səhvlər, haqsızlıqlar, laqeydliklər bumeranq kimi insanın özü üçün problemə çevrilir. Qızına “Əhməd gələrsə, qapını açma” deyən ana başqalarını da düşünməli idi…
Hər nə isə... Sonra da deyirlər ki, “ölənin arxasınca danışmazlar”…скачать dle 12.1