Bia.Az

Məmməd İsmayılla bağlı dövlətə müraciət edildi

Cəmiyyət
 15-02-2024, 20:07     441

Şair Məmməd İsmayılın vəziyyəti ağırlaşıb. Bu haqda sosial şəbəkələrdə məlumat yayılıb. Öncə şair Ehtiram İlham özünün feysbuk hesabında bu barədə post paylaşıb. O, M.İsmayılın səhhətinin yaxşı olmadığını bildirib.

Globalinfo.az xəbər verir ki, bundan sonra “Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həzi sosial şəbəkə hesabında şairlə bağlı paylaşım edib. Həmin paylaşımı təqdim edirik:

Ustad şair Məmməd İsmayılın ailəsinə yaxın olan şair Ehtiram İlhamla bir az əvvəl danışdıq. Şairin halı pisləşib. Ehtiram İlham deyir ki, Məmməd İsmayıla dövlətin diqqəti, dəstəyi lazımdır.

“Qardaş, Məmməd əmi əldən gedir. Ona bu çağında dövlətin dəstəyi lazımdır. Gərək yazaq, ictimailəşdirək, dövlətə də məlumat çatsın. Belə insanlar maraqlanır, köməyini təklif edir. Ancaq bu, gərək yuxarı səviyyədə həll olunsun”.

Bəli, türk dünyasının böyük söz adamı, nəhəng şair, alim Məmməd İsmayılı itirmək qorxumuz var. Yazıçılar Birliyi, Mədəniyyət Nazirliyi hərəkətə gəlməlidir. Ziyalılar bu məsələni qaldırmalıdır, xəstə, yaşlı şairə kömək etməliyik.
 скачать dle 12.1