Bia.Az

Azərbaycan Ordusu hərəkətə keçdi: - Təxribatlar davam edərsə...

Cəmiyyət
 13-02-2024, 12:24     127

Ermənistan tərəfindən Azərbaycan ərazilərinin ötən gün iki dəfə atəşə tutulması çox ciddi təxribatdır. Azərbaycanla sülh danışıqları aparan bir ölkənin silahlı qüvvələri ölkəmizin ərazisini atəşə tutur, hərbi qulluqçumuzu yaralayır və bunu sakitliklə qarşılayır. Bu o deməkdir ki, Ermənistan Azərbaycanla hərbi münaqişənin davam etdirilməsində maraqlıdır. Sözsüz ki, erməni tərəfinin bu təxribatı cavabsız qalmayıb. Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirilib. Növbəti bu kimi təxribatlarda da Ermənistan daha ağır zərbələr alacaq.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

“Fransa və Hindistanın Ermənistanı güclü sürətdə silahlandırması haradasa öz nəticəsini göstərməli idi. Əgər Ermənistan hesab edirsə, bununla Azərbaycanın gücünü sınağa çəkəcək, ciddi təsir edəcək, təbii ki yanılır. Azərbaycanın buna cavab vermək üçün kifayət qədər gücü var”, - deyə o qeyd edib.

Millət vəkili bildirib ki, Azərbaycan qonşu Ermənistanla sülh şəraitində yaşamaq, normal qonşuluq münasibətləri qurmaq istəyir:

“Bunun üçün ölkəmiz siyasi iradə ortaya qoyub. Amma bununla belə Ermənistanın ölkəmizə qarşı təxribatlarını genişləndirməsi Azərbaycanı çox ciddi düşündürməyə vadar edə bilər. Ermənistanın isə bunlar davam edərsə, aldığı cavabları çox ağır olacaq. Ona görə də, Ermənistan rərhərliyi atdığı addımların ağır nəticələrini düşünməlidir”.

Aydın Mirzəzadə hesab edir ki, Vətən müharibəsi, sonuncu bir günlük antiterror tədbirləri Azərbaycanın gücünü, hərbi qüdrətini kifayət qədər göstərə bildi:

“Ermənistan bunlardan nəticə çıxarmalıdır. Ya qəti şəkildə Azərbaycanlıdır və yaxud sülhə nail olmasını bildirməli və hərbi təxribatlara son qoymalıdır, və yaxud danışıqlardan geri çəkildiyini açıq bəyan etməlidir. Çünki Azərbaycan məhz bundan sonra öz addımlarını müəyyənləşdirəcək. İstənilən halda Azərbaycan bu təxribatlara dözmək fikrində deyil. Ermənistan da bunu birmənalı şəkildə bilməlidir”.
скачать dle 12.1