Bia.Az

Sakinlərin uğrunda qayalıqlar aşdığı, suyu çəkilən Xəzər dənizində suitilərin də sayı "qırmızı xətt"i keçib

Cəmiyyət
 5-02-2024, 11:05     163

Neft çıxarılması həm də Xəzər dənizinin ciddi şəkildə çirklənməsinə səbəb olur. Hələ ötən əsrin 80-ci illərində məsələ böyük müzakirə mövzusuna çevrilmişdi. Çünki mütəxəssislər indiyə qədər dənizə azı 2,5 milyon ton neft axıdıldığını iddia edirlər.

Bizimyol.info xəbər verir ki, Xəzər dənizinin çirklənməsində başqa amillər də az rol oynamır. Məsələn, çaylar dənizi çox çirkləndirir. Burada Volqa çayının payı böyükdür. Kür və Ural da Xəzərə az zərər vurmur. Tbilisi, Rustavi şəhərlərinin, sənaye müəssisələrinin çirkab suları, həmçinin kənd təsərrüfatında işlədilən müxtəlif toksik maddələr Kür çayı vasitəsilə Xəzərə daxil olur. Xəzər dənizi sahillərində yerləşən şəhərlərdən Bakı, Sumqayıt, Mahaçqala, Həştərxan, Türkmənbaşı, Rəşt, Ənzəlidən dənizə axıdılan çirkab suları əsas çirkləndiricilərdən hesab edilir.

Mütəxəssislər deyir ki, çirkli sular dənizin üst qatında bərabər paylansaydı, onda il ərzində həmin qatın qalınlığı 10–11 sm-ə çatardı.
Tullantılar əsasən suyun üzəndə, üst qatında toplaşaraq “su-atmosfer” zonası yaradır, məhz burada yığılmış çirkablar hesabına daha çox dənizin bioloji əhəmiyyətli sahələri çirklənmiş olur. Xəzər dənizində suitilərin yoxa çıxmağa başlamasının əsas səbəbi də çirklənmədir.
Ekologiya fəalları yazır ki, 2023-cü ilin aprel-dekabr ayları arasında Rusiyanın aparıcı alimləri suiti populyasiyasının ölçüsü, yaşı və cinsi strukturu haqqında məlumat toplamaq üçün 6 ekspedisiya təşkil edib. Təəssüf ki, tədqiqatçılar suitilərin mövsümi yaşayış yerlərində onların fəlakətli dərəcədə aşağı sıxlığını və ada yataqlarında tamamilə yoxluğunu qeydə alıblar.

Biologiya elmləri namizədi, Ekologiya və Davamlı İnkişaf İnstitutunun dosenti Əlimurad Hacıyev sahilləri araşdırarkən deyib: “Suiti populyasiyası artıq kritik vəziyyətdə deyil, onlar ümumiyyətlə qırmızı xətti keçib. Bundan sonra yaxın gələcəkdə bərpa olunacağı ehtimalı yoxdur”.

Xəzər dənizinin son illər başına çox oyun gəlir. Dəniz sularının çəkilməsi indi adi gözlə də aşkar görünür. Bakı kəndlərində insanlar su hövzəsinə çatmaq üçün daha qayalıqları aşmalı olur. Üstəlik, dəniz sakinləri məhv olur. Sosial platformalarda insanlar xəbərdən çox sarsıldığını yazırlar. Həqiqətən də, buna görə məyus olmamaq mümkün deyil. Xəzər dənizi bu taleyi yaşamamalıydı.скачать dle 12.1