Bia.Az

Koronavirusa yoluxmaların yenidən alovlana bilər - UYARI

Cəmiyyət
 5-02-2024, 01:19     163

COVID-19 artıq səhiyyə sahəsində qlobal fövqəladə hadisə olmasa da, virus hələ də mutasiya edir və öldürür. Bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya ölkələrini epidemioji nəzarəti və ardıcıllığı davam etdirməyə, əlverişli və etibarlı testlərə, müalicələrə və peyvəndlərə çıxışı təmin etməyə, insanları peyvənd olunmağa, testlərdən keçməyə, zəruri hallarda maskalar taxmağa, izdihamlı yerlərdə yaxşı havalandırılmanın təmin edilməsinə çağırıb.

Qeyd edək ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 ayda 325 yeni yoluxma faktı qeydə alınıb, 217 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 834 630 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 824 089 nəfər müalicə olunaraq sağalıb, 10 400 nəfər vəfat edib, aktiv xəstə sayı 141 nəfərdir. Ölkədə son ay ərzində 14 333, hazırkı dövrədək isə 7 748 050 test aparılıb.
Professor Adil Qeybulla isə “Sherg.az"a açıqlamasında deyib ki, COVID-19 infeksiyasına yeni yoluxmalar qeydə alınsa da, pandemiya çoxdan bitib. Bu, rəsmi şəkildə ÜST-nin hesabatlarında da öz əksini tapıb:

"Lakin pandemiyanın ocaqları epidemiya halında bütün dünyada davam edir. Yeni yoluxma faktları isə Omikronun yeni ştamları ilə bağlıdır. Lakin bir müddət sonra epidemiyanın da sonlanacağını düşünürəm. Bundan sonra koronavirusa yoluxmaların alovlanma ehtimalı yoxdur. Tam sıradan çıxmasa da insanlarda soyuqdəymə xəstəliyinə yoluxma halı kimi rast gəlinəcək”.

Ölüm hallarına gəldikdə isə A.Qeybulla deyib ki, yeni yoluxma faktları müşahidə olunduğu müddətdə ölüm də olacaq. Ölüm hallarının 20-dən çox olması isə insanların virusa qarşı laqeyd münasibəti ilə bağlıdır: “Pandemiya bitib deyə, insanlar artıq koronavirus infeksiyasını əvvəlki kimi ciddi qəbul etmir, yoluxan şəxslər düzgün müalicə edilmir. Yalnız xəstəlik ağırlaşan dönəmdə xəstəxanalara müraciət edirlər ki, bu halda da bəzilərinin həyatını xilas etmək mümkün olmur. Ona görə də koronavirus tamamilə məhv olana qədər insanlar şəxsi gigiyena və karantin qaydalarına əməl etməlidir. Ağırlaşmalar əvvəlki kimi olmasa da, Avropa ölkələrində hələ də ciddi yoluxmalar müşahidə edilir”.скачать dle 12.1