Bia.Az

Zəngəzur dəhlizi açılır, İrəvan mane ola bilmədi – Surenyants

Cəmiyyət
 4-02-2024, 17:20     147

“Amerikanın “Fitch Solutions” analitik mərkəzinin ekspertləri bu ilin birinci yarısında Azərbaycan və Ermənistanın sülh müqaviləsi imzalayacağı barədə fikir bildiriblər”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants yazıb.

O bildirib ki, hesabatda Zəngəzur dəhlizi ilə bağlı detalların olması Qərbin də bu məsələyə müsbət yanaşdığını göstərir:

“Ermənistan “dəhliz” mövzusunu gündəmdən çıxara bilmədi. Təəssüf ki, bu məsələnin həlli Ermənistan üçün üçtərəfli sənəddə göstəriləndən daha mürəkkəb olacaq. Sülh müqaviləsinin imzalanıb-imzalanmayacağının və ya həmin müqavilənin kimin vasitəçiliyi ilə imzalanmasının heç bir əhəmiyyəti yoxdur. Yenə deyirəm, bizim üçün 10 Noyabr bəyanatından daha yaxşı razılaşma olmayacaq”.скачать dle 12.1