Bia.Az

"Mübahisəli məqalələri dəqiq və etibarlı istinadlarla zənginləşdirib "Vikipediya"da saxlamaq mümkündür"

Cəmiyyət
 31-01-2024, 12:52     214

Dünyada “Vikipediya” ensiklopediya platforması diqqət mərkəzindədir. Statistikalar “Vikipediya”ya müraciətlərin sayının milyardı keçdiyini təsdiqləyir. Bu gün “Vikipediya” internet platformasında virtual ensiklopediya olaraq öz əhəmiyyətini qoruyub saxlayır. Hazırda “Vikipediya”nın Azərbaycan seqmentində görülən işlər davamlı və sistemli xarakter daşıyır. Real nəticələri var. “Vikipediya”nın Azərbaycan dili bölməsində məqalələrin sayı 198 mini keçib. Redaktələrin sayı 7,5 milyona yaxınlaşmaqdadır.

Bu barədə Bizimyol.info xəbər portalına Türk Ağsaqqalları Birliyinin sədr müavini, "Vikipediya" üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk danışıb. Onun sözlərinəgörə "Vikipediya"da dərinlik (keyfiyyət) 42-dən 43-ə yüksəlib. Dil bölmələri sıralamasında 55-ci yerdədir.
Elnur Eltürk
 Elnur Eltürk

Ekspert bildirib ki, bu gün əsas fəaliyyət istiqamətində keyfiyyətə və məzmuna önəm verilir. “Nəticə göz qarşısındadır. Bu, həm də onu göstərir ki, “Vikipediya”nın Azərbaycan dili bölməsində dinamiklik mövcuddur. Könüllülər və inzibatçılar məqalələrin yaradılmasını diqqətdə saxlayırlar. Demək olar ki, məzmunlu və istinadlarla zəngin olan məqalələrin yaradılması əsas prioritet təşkil edir.

Düzdür, sosial şəbəkələrdə və mətbuatda məqalələrin silinməsi ilə bağlı statusları izləyirəm. Mən özüm dəfələrlə qeyd etmişəm ki, mübahisəli məqalələri etibarlı istinadlarla zənginləşdirib saxlamaq mümkündür. İnanıram ki, gələcəkdə inzibatçılar və könüllülər bunu diqqətə alacaqlar”-deyə Elnur Eltürk vurğulayıb.

Ekspert bildirib ki, “Vikipediya”nın aparıcı dil bölmələrində Azərbaycana aid məqalələrin yaradılması artım üzrə davam etməkdədir. Xüsusilə, ingilis, rus, alman, fransız başqa dillərdə Azərbaycana aid məqalələr yaradılır və zənginləşdirilir. Bu da xarici oxuculara Azərbaycanın tarixi-memarlığı, görkəmli şəxsiyyətləri və ədəbiyyatı haqqında məlumatların çatdırılması deməkdir.скачать dle 12.1