Bia.Az

Pensiyaçılara ŞAD XƏBƏR: Bir neçə gündən sonra…

Cəmiyyət
 30-01-2024, 12:06     148

“Bir neçə gündən sonra pensiyaların indeksləşdirilməsi həyata keçiriləcək. Pensiyaların indeksləşdirilərək artırılması yanvar ayından hesablanacaq və bu ayın artımı gələn ayın artımı ilə birlikdə ödəniləcək”.

BİA.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu sözləri iqtisadçı ekspert millət vəkili  Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, “Əmək Pensiyaları” haqqına Qanuna əsasən, bütün növ əmək pensiyaları əvvəlki ildə orta aylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır:

“Ötən ilin yekun əməkhaqqı artımının 11.0 faizə yaxın olacağı gözlənilir. Bununla yanaşı, bəzi vətəndaşlarımız yanvar ayı ərzində pensiyaya çıxıblar və artıq onlar da pensiya alırlar. Qanunvericiliyə əsasən, indeksləşdirmə əvvəlki ilin göstəricisinə uyğunlaşdırıldığına görə 2023-cü ilin dekabrın 31-i daxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları artırılacaq.


Vüqar Bayramov

Yanvar ayında pensiya hüququ qazanan pensiyaçılarımızın pensiya məbləğləri gələn ilin əvvəlində indeksləşdirilərək artırılacaq. Bütövlükdə, bu il ərzində pensiyaya çıxan vətəndaşlarımızın pensiyası 2025-ci ildə indeksləşdiriləcək. O zaman bu il ərzindəki orta aylıq əməkhaqqındakı artım faizi nəzərə alınmaqla artımlar həyata keçiriləcək. Builki indeksləşdirmə isə bu ilin yanvarın 1-dək pensiya hüququ qazananlara şamil olunacaq”.скачать dle 12.1