Bia.Az

Evimizin içindəki qatili necə durduraq? – “Hərəkətə keçməyin vaxtıdır”

Cəmiyyət
 29-01-2024, 20:57     162

Son vaxtlar dəm qazından zəhərlənmə hallarının artması “Ceyran peçi”, “İran peçi” və digər bu tip qızdırıcıların istifadəsi ilə əlaqələndirilir. Bir çoxları sözügedən sobalardan istifadənin təhlükəli olduğunu bildirir.

Bəs bu tip sobaların qadağan olunması gündəmə gələ bilərmi?

Deputat Fazil Mustafa deyib ki, İran sobalarının müəyyən dərəcədə qadağan olunması vacibdir:

“Həmin sobaların faciəyə səbəb olması göz önündədir. Dəm qazı ilə bağlı əhalinin maarifləndirilməsi hər an olmaldır, xüsusilə də qış aylarında. Doğrudan da mövcud problemlər narahatedicidir. Fikrimcə, bu istiqamətdə ciddi addımlar atılmalıdır. Çünki insan taleyindən vacib heç nə yoxdur. Kimsə biznes marağı üçün bunu bazarda saxlayırsa, bunun çox təhlükəli olduğunu bilməlidir”.

Mövzunu Globalinfo.az-a şərh edən təhlükəsizlik məsələləri üzrə mütəxəssis Rəşad Rza deyib ki, standartdan kənar olan, lisenziyası olmayan sobaların satışı qanunla qadağandır və qadağan da edilməlidir.
Onun sözlərinə görə, bununla bağlı əhaliyə xəbərdarlıq olunsa da, əməl etmirlər:

Rəşad Rza

“Əhaliyə dəfələrlə keyfiyyətsiz, standartdan kənar, sertifikatı olmayan sobalardan istifadə etməmələri üçün xəbərdarlıq olunub. Lakin açıq satışda olduğu üçün, bunu qadağan etmək olmur. Ona görə də, insanlar həmin sobalardan alıb istifadə edirlər. Təbii ki, qadağan edilməsi üçün mexanizm olmalıdır. Bu məsələ artıq aidiyyəti qurumların üzərinə düşür. Digər tərəfdən isə baxımsızlıq, vaxtında boruların təmizlənməməsi, diqqətsizlik və s. kimi hallar istənilən sobanı sıradan çıxara və ya sıradan çıxmış bir sobanın davamlı işlədilməsi yanğına, zəhərlənməyə səbəb ola bilər. Bu da artıq vətəndaşın üzərinə düşən məsuliyyətdir”.

R.Rza qazın keyfiyyətinin vacibliyini vurğulayıb:

“Əgər qaz keyfiyyətsiz olarsa, əlbəttə ki, ən yüksək səviyyəli soba belə zəhərlənmənin qarşısını ala bilməz. Keyfiyyətsiz, təmizlənməmiş qaz boğulma, zəhərlənmə kimi hallar yaratmış olur. Bu da artıq dövlətin üzərinə düşən məsuliyyətdir. Biz bilmirik əhaliyə doğrudan da tam təmizlənmiş qaz verilir, yoxsa yox”.скачать dle 12.1