Bia.Az

Mərkəzi Seçki Komissiyası dövlət dilinin qaydalarını pozur – FOTOFAKT

Cəmiyyət
 29-01-2024, 19:25     146

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı vətəndaşlara SMS çağırışlar göndərilir.

Gununsesi.info xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) səsverməyə çağırış SMS-ləri geniş müzakirələrə səbəb olub.
İqtisadçı-ekspert Allahverdi Aydın bildirib ki, MSK-nın göndərilən SMS-lər üçün nə qədər pul xərclədiyi bilinmir.
“Mobil operatorlar “Bulk SMS” dediyimiz kütləvi SMS xidmətlərini özləri birbaşa deyil, tərəfdaş şirkətlər vasitəsiylə həyata keçirir. MSK-da bu xidməti hansısa şirkət(lər) vasitəsiylə həyata keçirməlidir. Bunun üçün də ən azından tender keçirilməlidir. Amma ortada belə bir tender yoxdur”, – deyə o bildirib.


Allahverdi Aydın qeyd edib ki, MSK-nın göndərdiyi SMS-lər qanunsuzdur: “Hesablama Palatası istəsə bunun haqq-hesabını çox asanlıqla MSK-dan soruşa bilər.


İkinci müzakirə olunası məsələ odur ki, göndərilən SMS-lərdə dövlət dilinin normalarına əməl edilmir. Məsələn, Azərbaycan dövlət dilində “sechkileri”, “hamiliqla” kimi sözlər yoxdur. “Dövlət dili haqqında” Qanunun 7.2-ci maddəsinin tələbləri açıq şəkildə pozulub”.


Namizədlərin maliyyə hesabatı barədə iqtisadçı-ekspert bildirib ki, prezidentliyə namizədlər seçki prosesi ərzində 3 maliyyə hesabatı təqdim etməlidirlər. “Artıq bunlardan 2-ni açıqlayıblar. Aşağıdakı “skrin” namizədlərdən birinin 1-ci və 2-ci maliyyə hesabatındandır. Açıq şəkildə görülür ki, maliyyə hesabatlarında uyğunsuzluq var”, – deyə o bildirib.
Mərkəzi Seçki Komissiyası dövlət dilinin qaydalarını pozur
Mərkəzi Seçki Komissiyası dövlət dilinin qaydalarını pozur
скачать dle 12.1