Bia.Az

Məhkəmə-Hüquq Şurasının iclasında hansı mövzular müzakirə olunub?

Cəmiyyət
 27-01-2024, 14:10     151

Yanvarın 26-da Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.


Bizimyol.info xəbər verir ki, iclasda Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov çıxış edib. Şuranın rəhbəri ötən il məhkəmə-hüquq sahəsində aparılan islahatlar, ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə danışıb. İnam Kərimov həmçinin bu il üçün qarşıda duran hədəfləri toplantı iştirakçılarının nəzərinə çatdırıb.

İclasda məhkəmə fəaliyyətinin ayrı-ayrı istiqamətləri ilə bağlı Məhkəmə-Hüquq Şurasının üzvlərinin məruzələri olub. Səslənən məruzələr ətrafında fikir mübadiləsi aparılıb. Bundan başqa, iclasda hakimlərin fəaliyyətinin qiymətləndirilməsi məsələlərinə və intizam icraatı üzrə işlərə də baxılıb. Bir sıra hakimlərlə bağlı müvafiq qərarlar qəbul olunub.скачать dle 12.1