Bia.Az

Qarabağ Qazisinin əlliliyi NİYƏ DURDURULUB? - MÜRACİƏT

Cəmiyyət
 25-01-2024, 14:22     334

Ucar rayonu Bərgüşad kənd sakini 1-ci Qarbağ müharibəsi veteranı Nəsiyev Azər Ataş oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Müraciətdə deyilir:
 
"Şikayət edib bildirirəm ki, 2016-cı ilin aprel döyüşlərində oğlum Nuruş partlayış nəticəsində ağır yaralanıb əlil olub.Ona verilmiş 2-ci qrup əlillik 2023-cü ildə qanunsuz olaraq dayandırılıb.Çoxlu şikayətlər etsəmdə baxılmır heç bir tədbir görülmür.Oğlum Nuruş döyüşdə aldığı xəsarətə görə gözünün biri kor olub, qulağı eşitmir,  ağır kəllə-beyin travması alıb.



Mənim dörd oğlum müharibədə iştirak edib.Nuruş isə 2016-cı il tarixdə hərbi xidmət zamanı aprel döyüşlərində partlayış nəticəsində ağır kəllə-beyin travması alıb. Onun müalicə olunması üçün həyətimizdən iri buynuzlu heyvanlarımızı satmışıq banklardan kredit götürmüşük.İndi də borclarımızı ödəyə bilməmişik.Nuruşa əlillik dərəcəsi 5 illik təyin edilsə də, 3 il keçəndən sonra qanunsuz dayandırdılar.Müharibədə ağır yaralanıb gözü kor qulağı kar beyni zədəli olan xəstə oğluma qarşı edilən bu qanunsuzluq cinayət əməlidir.Bacım oğlu Səbuhi Ələkbər oğlu Süleymanov Vətən müharibəsində şəhid olub.
Prezident cənab İlham Əliyevdən və aidiyatı qrumlardan xahiş edirik, mənim şikayətimi obyektiv araşdırıb qanuni tədbirlər görsünlər".

dia-az.info
скачать dle 12.1