Bia.Az

Yanvarın 26-nə olan hava proqnozu

Cəmiyyət
 25-01-2024, 13:57     258

Yanvarın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Cənub küləyi əsəcək.


Bizimyol.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanı temperaturu gecə 0-3° isti, gündüz 5-8° isti olacaq.

Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 1-6° şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlama ehtimalı var.скачать dle 12.1