Bia.Az

Rusiya MN: "Ukrayna "İl-76" təyyarəsini vuraraq terror aktı törətdib"

Cəmiyyət
 24-01-2024, 17:03     201

Kiyev rejimi ukraynalı hərbi əsirləri dəyişmək məsədi ilə aparan Rusiyaya məxsus "İl-76" təyyarəsini Belqorod vilayətində vuraraq, terror aktı törədib.


Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Bu gün saat 11:15-də Kiyev rejimi terror aktı törədib, nəticədə Rusiya Hərbi Nəqliyyat Aviasiyasının təyyarəsi Ukrayna hərbçilərini mübadilə üçün aparan Çkalovski aerodromu - Belqorod marşrutu ilə uçan təyyarəni vurub", - deyə departamentdən verilən məlumatda bildirilib.
İdarənin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətindən zenit-raket kompleksindən istifadə etməklə ukraynalı məhbuslarla birlikdə "İl-76" təyyarəsini vurub. Rusiya Aerokosmik Qüvvələrinin radar sistemləri iki Ukrayna raketinin buraxılmasını aşkarlayıb.
Rusiya Müdafiə Nazirliyi təyyarənin ekipajı da daxil olmaqla, göyərtəsində olan hər kəsin həlak olduğunu bildirib: “Təyyarənin göyərtəsində altı ekipaj üzvü, mübadilə üçün 65 Ukrayna hərbçisi və onları müşayiət edən üç Rusiya hərbçisi olub. Təyyarənin ekipajı və bütün sərnişinləri həlak olublar”, - deyə Müdafiə Nazirliyi bildirib.

Departamentdən verilən məlumata görə, Ukrayna hərbçilərini dəyişdirilməsi məqsədi ilə aparan "İl-76" təyyarəsi Çkalovskidən Belqoroda uçurmuş.скачать dle 12.1