Bia.Az

İrəvanın rus hərbiçilərini Gümrüdən çıxarmaq istəyir - BACARACAQMI?

Cəmiyyət
 22-01-2024, 21:57     158

Ermənistan ərazisindən Rusiya sərhədçilərinin, qoşunlarının çıxarılması uzun müddətdir müzakirə olunsa da, reallıq tamam fərqlidir.

Bu barədə “Shah İntel” Teleqram kanalı fotolar təqdim edib.


Bildirilib ki, II Qarabağ müharibəsindən sonra Ermənistan sərhədini qoruyan Rusiya hərbçiləri burada gücləndirmə işləri aparıb.
Peyk görüntülərində “Karabzol” sərhəd zastavası əks olunub.


Qeyd edilib ki, iki fotoya diqqət yetirdikdə 3 il ərzində ərazidə əhəmiyyətli dərəcədə dəyişiklik olduğu müşahidə edilir.
Xatırladaq ki, son illərdə rus hərbçilərinin Ermənistandan çıxarılması məsələsi tez-tez gündəmə gəlir, lakin rəsmi Moskva müxtəlif kanallar vasitəsilə bunun müzakirəsinin mümkün olmadığını bildirir.

Politoloq Cümşüd Nuriyev "Sherg.az"a açıqlamasında rus hərbiçilərinin Ermənistandan çıxarılmasının heç bir hüquqi əsası olmadığını deyib:


"Çünki 2044-cü ilə qədər rus hərbiçilərinin Ermənistan ərazisində qalması barədə müqavilə imzalanıb. Bu birtərəfli həll olunacaq məsələ deyil. Hər şey qanuni şəkildə olduğu üçün məsələni beynəlxalq müstəviyə çıxarmaq da mümkün deyil. Ona görə də rəsmi İrəvanın atmaq istədiyi addım həm hüquqi cəhətdən mümkün deyil, həm də böyük bir ağılsızlıqdır".

Politoloq Ermənistanın eyni vaxtda həm Qərbə yaranmağ, həm də Rusiya ilə münasibətləri qaydaya salmağa çalışdığını bildirib:
"Bu ikisi eyni vaxtda mümkünsüzdür. Son zamanlar Ermənistanda rus hərbiçilərinin çıxarılması ilə bağlı çağırışlar edilir. Lakin onların müstəqil qərar vermə imkanları yoxdur. Rusiya ilə bağlı belə iddialar Ermənistanın məhvinə gətirib çıxaracaq".
скачать dle 12.1