Bia.Az

Ərdoğan Xocalıya gələcəkmi? – Türkiyə prezidentinin tarixi səfəri gözlənilir

Cəmiyyət
 22-01-2024, 18:41     173

Fevralın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 70 yaşı tamam olur. Türkiyənin də yaxından siyasi, diplomatik və mənəvi dəstəyi ilə Azərbaycan Qarabağı işğaldan azad edib. Ən yaralı yerimiz olan Xocalı artıq nəzarətimizdədir. Bu il, yəqin ki, Xocalı qətliamında həyatını itirənlərin xatirəsi bu şəhərdə yad ediləcək.

Bəzi iddialara görə, Türkiyə prezidenti 2-3 il öncə Xocalını ziyarət etmək arzusunda olduğunu deyib. Həmin dövrdə bu şəhər erməni separatçılarının əlində olduğu üçün, ora getmək mümkün olmurdu. Artıq Xocalı işğaldan azad edilib, Prezident İlham Əliyev 2023-cü ilin oktyabr ayında Xocalıda Azərbaycan bayrağını ucaldıb.

Bəs görəsən, Ərdoğan bu il Xocalıya gələcəkmi? Ermənilərin törətdiyi soyqırımda həyatını itirən azərbaycanlıların xatirəsinə sayğı olaraq bu şəhəri ziyarət edəcəkmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı deyib ki, Ərdoğanın bu ilki doğum günü çox tarixi bir hadisəyə təsadüf edəcək:


Cavanşir Abbaslı 

“32 ildən sonra erməni cəlladlarının törətdiyi soyqırım qurbanlarını anma mərasimi azad Xocalıda keçiriləcək. Doğrudan da, son illərdə bəlkə də tariximizin ən şanlı günlərini, illərini yaşamaqdayıq. Siz də doğru buyurdunuz ki, Ərdoğan II Qarabağ savaşından sonra Xocalını ziyarət etmək arzusunda olduğunu deyib. Bu ziyarətin onun ömrünün 70-ci ilinə təsadüf etməsi də simvolik əlamətdir. Düşünürəm ki, bu səfər gerçəkləşərsə, dünyaya növbəti qardaşlıq mesajı veriləcək. Özü də bir daha sübut olunacaq ki, dünyada iki bir-birinə bağlı, yaxın olan belə qardaş ölkələr yoxdur. Bu, düşmənlərin yuxusunu ərşə çəkəcək, dostlarımızı isə çox sevindirəcək. Səfər baş tutmasa belə, hesab edirəm, yubiley yaşında Ərdoğan Xocalı soyqırımı ilə bağlı mütləq hansısa mesajları verəcək. Türkiyə prezidentinin 2020-ci ilin 10 dekabr tarixində Bakıda keçirilən Zəfər paradında iştirakı Azərbaycanda böyük coşğu yaratmışdı. Xocalı səfərində də qat-qat daha yüksək coşqunun olacağını indidən təxmin etmək o qədər də çətin deyil. Doğrudur, region ölkələrinin demək olar ki, heç biri bu səfəri istəmir, eyni zamanda, Fransa başda olmaqla, dünya ölkələri də bunu qısqanclıqla qarşılayacaqlar. Bu arada deyim ki, bu səfərin dediyiniz tarixdə baş tutmasının da başqa bir tarixi tərəfləri olacaq. Bilirsiniz ki, Fransanın və digər Avropa ölkələrinin, nüfuzlu beynəlxalq qurumların həyasızlığı, ölkəmizə qarşı qərəzli mövqeləri sərhəd tanımır. 19-20 sentyabr tarixlərindəki lokal antiterror tədbirlərindən sonra ard-arda ölkəmiz əleyhinə qətnamələr qəbul olunur, təzyiq xarakterli çağırışlar edilir, Azərbaycan “etnik təmizləmə” də ittiham olunur. Belə bir vaxtda Ərdoğan Xocalıya gələrsə, bu, Qərbin ölkəmizə qarşı həyasız və qərəzli mövqeyinə olduqca sanballı cavab olar”.скачать dle 12.1