Bia.Az

Nazirlik ərəb brokonyerləri HİMAYƏ EDİR? - İcazə verin, şübhələnək...

Cəmiyyət
 22-01-2024, 15:28     182

Məlum olduğu kimi, bir neçə gün əvvəl xarici vətəndaşlardan biri Azərbaycanda adı “Qırmızı kitab”a salınan quşları ovlayıb. Söhbət ərəblərdən gedir. Bu barədə görüntüləri o, özünün “Instagram” platformasındakı hesabından paylaşıb. Bir neçə gün öncə Belal Aldaas adlı şəxs öz sosial media hesabında adı “Qırmızı kitab”a düşən bəzgəklərin ovundan fotolar yerləşdirib. Həmin şəxsin restoranlar şəbəkəsi var.

Nazirlik ərəb brokonyerləri HİMAYƏ EDİR?
Nazirlik ərəb brokonyerləri HİMAYƏ EDİR?

Məsələ izləyicilər tərəfindən ciddi müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tədbirləri və reaksiyası isə yetərli hesb olunmur və ekologiya müdafiəçiləri tərəfindən qıcıqla qarşılanır.

Nazirlik ərəb brokonyerləri HİMAYƏ EDİR?

Bununla bağlı səslənən etirazda deyilir:

"1 ədəd "Qırmızı Kitab" növü canlının ovlanması CİNAYƏT MƏCƏLLƏSİ ilə tənzimlənməlidir.
Fotolar(3və 4) Cinayət Məcəlləsinin kommentariyası kitabındandır.Bu kitabı Azərbyacan Respublikasının hüquq elmlər doktoru və hüquq üzrə fəlsəfə doktoru adına layiq görülmüş 18 şəxs tərəfindən tərtib olunmuşdur.
Bu fotodakı qeydlərə əsasən ovlanması tamamilə qadağan olan heyvanları ovladıqda (3 və 4.fotodakı 14, 17 və 20 nömrəli qeydlərdə öz əksini tapıb) 258.2.3 maddəsi ilə ictimai təhlükəli nəticələrin baş verib-verməməsindən asılı olmayaraq, yəni xeyli və küllü miqdarda zərər vurulub-vurulmamasından asılı olmayaraq cinayət başa çatmış hesab olunur. Yəni xəta deyil, cinayət görmüş olursan.
Bəs bunlar 7-8 ildir gəlib gedir. Eyni insanlar. Bu məgər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə sayılmırmı?
Bəs bunlara burada ovu təşkil edənlər, göz yumanlar? Bu artıq başqa söhbətdir
Bəs siz kommentariyanı oxuduqda nə başa düşürsünüz?
Niyə ETSN protokol tərtib edərkən İnzibati Xətalar Məcəlləsi 272.3 dən istifadə edir?"

dia-az.info

Nazirlik ərəb brokonyerləri HİMAYƏ EDİR?
Nazirlik ərəb brokonyerləri HİMAYƏ EDİR?
скачать dle 12.1