Bia.Az

"Ermənistan "sabit sülh" təklifimizi geri çevirsə, Qərbin "tələ"sinə düşmüş ölkələrin taleyini yaşayacaq"

Cəmiyyət
 20-01-2024, 14:39     406

Bu gün “20 Yanvar” faciəsindən 34 il keçir. 34 il, demək asandır. Bu 34 ildə ermənilərin xalqımızın başına gətirmədiyi qalmadı. “20 Yanvar” sadəcə bir başlanğıc idi. Əslində, sonun başlanğıcı...

...Və beləcə başladı. Əvvəlcə addım-addım torpaqlarımızı yağmaladılar. Qız-gəlinlərimizə təcavüz edib, uşaq-qoca demədən canlı-canlı basdırdılar, uşaqlarımızın dərisini soydular, körpələrimizi süngülərə keçirdilər, hamilə qadınlarımızın qarnındakı körpəni də həyatdan qopardılar. Öldürdüklərindən də əl çəkmədilər, qulaq-burun kəsdilər. Hissə-hissə doğradılar, xalqımızın övladlarını...
...Bu, amansız bir savaş idi. Adı Ermənistan olsa da, Azərbaycanın böyük güclərlə savaşı idi. Və bu güclərin savaşı torpaqlarımızın 20 faizinin işğalı ilə bitmirdi. İşğal altında olan torpaqlarımız yağmalanır, məscidlərimiz donuz damına çevrilir, yeraltı və yerüstü sərvətlərimiz xarici ölkələrə daşınır. Bu da azmış kimi ərazilərimiz davamlı atəşə tutulurdu, evində oturan mülki vətəndaşdan səngərdəki əsgərə qədər şəhidlər verirdik...
...Axı qeyd etmişdik, bu sonun başlanğıcı idi. 2016-cı il aprel döyüşləri və sonrakı dönəmdə aparılan əməliyyatlar bu sonu yaxınlaşdırırdı. Azərbaycan güclənir və gücləndikcə də düşmən üzərinə böyük addımlarla irəliləyirdi. Nəhaət 2020-ci il 44 günlük müharibədə qələbə çalaraq, işğal altında qalan torpaqlarımız geri qaytardıq. 2023-cü ildə 23 saat içində bütöv Qarabağımıza qovuşduq.
Bu qələbələrimizi gözü götürməyənlər hələ də var. Ermənistan kapitulyasiya aktını imzaladıqdan sonra, Azərbaycan yenə humanist şəkildə bölgədə sabit sülh üçün əl uzatdı. Ermənistan hələ də havadarlarının səs-küyünə qapılaraq, yaranan tarixi fürsəti görməkdə çətinlik çəkir. Asiyadan Avropaya uzanan və yüksək dəyərə sahib iqtisadi xəttin mərkəzində olmaq var ikən, saxta "sülh göyərçinlər"inin demokratiya adı altında müstəmləkəsinə çevrilməyə doğru gedir. Yenə yaddan çıxarır ki, sülhə imza atıb Azərbaycanla sərhəddi müəyyən edərsə, Türkiyə ilə də sərhəddi açılar. Bölgədə sabitliyə qovuşan Ermənistan Avropanın siyasi qəfəsindən qurtulub, dünyaya iqtisadi çıxış əldə edə bilər. Ermənistan nəzərə almalıdır ki, bizimlə sərhəd açmaq sadəcə bizim istədiyimiz şəkildə, yəni Zəngəzurla mümkündür. Ermənistan bizimlə sərhəd açmağa qərar verməklə yanaşı öz gələcəyinə qapı aça bilər. Bunun fərqinə varmalıdır.
Dünyadakı iqtisadi siyasi proseslər onların könlünü xoş etmək üçün gözləməyəcək. "Demokratiya" adı altında şüuraltına yeridilən revanşist xəyallardan ayrılsalar, xilas olacaqlar. Ermənistan sözün əsl mənasında unudur ki, “yetimə gəl-gəl deyən çox olur, çörək verən az”. Yəni Qərbin Ukraynanı və ya Gürcüstanı hansı vəziyyətə saldığına şahidik. Ermənistan da ona uzadılan "sabit sülh" təklifini geri çevirərsə, Qərbin "tələ"sinə düşmüş ölkələrin taleyini yaşaması qaçınılmaz olacaq.
Məşhur yunan filosofu Diogenin Makedoniyalı İskəndərə dediyi "Kölgə salma, yetər" cümləsini müasir dövrün "sülh göyərçinlər"inə də biz deyirik. Nə “Minsk” qrupu, nə "yenidən qruplaşanlar", hansısa təşkilatlar və ya ölkələr müstəmləkəçi təffəkkürlə "başçılıq edib" demokratiyadan dəm vuranlar bizim daxili işimizə qarışmamalıdırlar. İllərlə qonşularımızla necə eyni torpaqda yaşamışıqsa, indi də yaşaya bilərik. Danışarıq, dalaşarıq, barışarıq. Bu torpaqlarda qərarı biz veririk, "kölgə" salmayın, yetər!
Bu gün “20 Yanvar” faciəsinin ildönümüdür… Biz tariximizi unutmayacaq, unutdurmayacğıq…./Bizmyol.infoскачать dle 12.1