Bia.Az

Türkiyəli astronavt Gezeravcının kosmosdakı ilk sözü: "Gələcək göylərdədir"

Cəmiyyət
 19-01-2024, 11:47     269

"Ax-3" missiyasının üzvü, ilk türk astronavtı Alper Gezeravcının da olduğu kosmos səyahəti ABŞ-ın Florida ştatındakı Kennedy Kosmik Mərkəzindəki Launch Complex 39A-dan buraxılması ilə başlayıb.

Bizimyol.info xəbər verir ki, astronavtlarla ilk əlaqə kosmosa səyahət başlayandan təxminən 1,5 saat sonra qurulub.
"SpaceX"in "Dragon" kapsulunu Beynəlxalq Kosmik Stansiyaya (BKS) daşıyacaq "Falcon 9" raketi canlı geri sayımdan sonra planlaşdırıldığı kimi ABŞ yerli vaxtla 16.49-da buraxılıb.
Uzunluğu 70 metr, diametri 3,7 metr və çəkisi təxminən 550 ton olan "Falcon 9" raketi aşağı Yer orbitində 22 min kiloqram, geostasionar ötürmə orbitində 8 min 300 kiloqram, Marsda isə 4 min kiloqram faydalı yük daşımaq qabiliyyətinə malikdir.
"Falcon 9" raketi "Ax-3" ekipajını daşıyan Dragon kapsulunu müəyyən edilmiş hündürlüyə qaldırdıqdan sonra kapsuldan uğurla ayrılıb. Kapsuldan ayrıldıqdan sonra yerə enən "Falcon 9" Kennedi Kosmik Mərkəzinin şərqində yerləşən Cape Canaveral bazasına uğurla eniş edib.
"SpaceX", Beynəlxalq Kosmik Stansiyaya (BKS) doğru 36 saatlıq səyahətinə başlayan "Dragon" kapsulunda olan "Ax-3" komandasının ilk hiss və düşüncələrini "X" hesabında canlı yayımlayıb.
Gezeravcının kosmosdakı ilk sözləri belə oldu: “Türkiyənin ilk insanlı kosmos missiyası üçün kosmosa ilk addım atdığı bu anda mən bu anı Ulu Əcdadımızın sözləri ilə başlamaq istərdim: Türkiyə Cümhuriyyətimizin qurucusu Mustafa Kamal Atatürkün dahi sözləri; "Gələcək göydədir"
Geri sayımdan bu günə qədər yaşadıqlarının gözəl hiss olduğunu ifadə edən Gezeravcı: "Uzun zamandır bunun xəyalını qururdum. Bu çox gözəl hissdir. Əvvəldən indiyə qədər hər şey əla idi", - deyib.
Türkiyəyə böyük töhfələr verən və bu yolda həyatını itirənləri də yad edən Gezeravcı, bu missiyanın həyata keçirilməsində əməyi keçən hər kəsə təşəkkür etdiyini vurğulayıb.
Daha sonra kosmosda sərnişinləri daşıyan 8,1 metr uzunluğundakı "Dragon" kapsul "Falcon 9" raketinin son parçasından ayrılmasını uğurla başa çatdırıb. "Falcon 9"un "Dragon" kapsulundan ayrılmasından sonra işə düşən Merlin kosmik mühərriki kapsula ISS-ə çatmaq üçün güc verəcək.
İlk türk astronavtı Gezeravcını da daşıyan Dragon kapsulunun ABŞ şənbə günü yerli vaxtıyla səhər saat 05.15 (13,15 Türkitə vaxtı) radələrində Beynəlxalq Kosmik Stansiyaya çatması gözlənilir. Müvafiq olaraq, kosmos sərnişinlərinin ISS-ə çatmaq üçün təxminən 36 saatlıq səyahət müddəti olacaq.
Digər tərəfdən "SpaceX"in səhifəsində canlı yayımlanan və "Ax-3" kosmik missiyasının hər dəqiqəsini anında əks etdirən 2,5 saatlıq yayımı 1,3 milyon insan izləyib.
Kosmos səyahəti ilə "ilk türk astronavtı" ünvanını da alan Gezeravcı, 14 gün ərzində ISS-də 13 fərqli elmi təcrübə üzərində çalışacaq. Gezeravcı mikroqravitasiya, kosmosda insan sağlamlığı, kosmosda Duz Gölü zavodunun tədqiqi, sıfır cazibə mühitində bərk-maye qarışıqlarının tədqiqi kimi sahələrdə elmi layihələr üzərində təcrübələr aparacaq. Şənbə günü günorta saatlarında ISS-ə çatması gözlənilən "Ax-3" missiyasının digər üzvləri də orada əvvəllər müəyyən edilmiş bir çox fərqli sahədə elmi araşdırmalar aparacaqlar.
Qeyd edilib ki, "Ax-3" komandası Beynəlxalq Kosmik Stansiyaya çatdıqda canlı olaraq "SpaceX"ə qoşularaq hiss və düşüncələrini bölüşəcəklər. "Ax-3" missiyasına həmçinin ABŞ və İspaniyanı təmsil edən missiya lideri Michael Lopez-Alegria, İtaliya Hərbi Hava Qüvvələrindən pilot Valter Villadei və Avropa Kosmik Agentliyi adından iştirak edən isveçli Markus Vandt daxildir.
Daha əvvəl ABŞ yerli vaxtıyla yanvarın 17-də baş tutması planlaşdırılan buraxılış "SpaceX" tərəfindən son yoxlamaları tamamlamaq üçün bir gün təxirə salınmışdı.



скачать dle 12.1