Bia.Az

Onları Zəngəzurdan çıxarmalıyıq – Sərkisyan

Cəmiyyət
 19-01-2024, 11:41     218

“Rusiya Federasiyası Ermənistana düşmən ölkədir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın “Respublika” partiyasının lideri Aram Sərkisyan deyib.

“Rusiya Xarici İşlər Nazirliyinin Sünikdən (Zəngəzur – red.) keçən tranzit yollarla bağlı açıqlaması İrəvanın deyil, bizə düşmən olan ölkənin maraqlarına xidmət edir. Yəni Rusiya da düşmən ölkədir. Bu səbəblə Sünikdən rus konsulluğu çıxarılmalı, ümumiyyətlə, Rusiya kapitalının bölgədə varlığına son qoyulması prosesinə başlanılmalıdır”, – A.Sərkisyan bildirib.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Zəngəzur dəhlizinin Ermənistan üçün faydalı layihə olduğunu, bu məsələ ilə bağlı Azərbaycanla razılıq əldə olunsa da, İrəvanın öhdəliyi yerinə yetirmədiyini deyib.скачать dle 12.1