Bia.Az

Tural Hüseynlinin Azərbaycan xalqına bayram təbriki

Cəmiyyət
 31-07-2020, 20:28     640

Hörmətli həmvətənlər!
Sizi dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, xalqımıza və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza ən səmimi arzu və diləklərimi yetirirəm.
Qurban mərasimi Uca Yaradana məhəbbət və itaət, yüksək mənəvi-əxlaqi dəyərlərə hörmət, hər bir bəşər övladına mərhəmət və dözümlülük təlqin edən İslam dininin insanlar üçün hidayət yolu seçilməsi ilə əlamətdardır. Bu mübarək bayram bütün dünya müsəlmanlarının mənəvi-ruhi birliyini, əməli-saleh insanların Tanrı sevgisini və haqq-ədalət naminə hər cür fədakarlığa hazır olmalarını təcəssüm etdirir.
Mütərəqqi islami dəyərlərə bağlılığı ilə seçilən Azərbaycan xalqı əsrlər boyu, hətta ən mürəkkəb dövrlərdə Qurban bayramını özünün əziz günlərindən biri kimi qoruyub saxlamışdır. Hər il minlərlə həmvətənimizin də aralarında olduğu milyonlarla müsəlman müqəddəs Həcc ziyarətində möhtəşəm həmrəylik nümayiş etdirərək, Uca Yaradana şükranlarını bildirir, ölkəmizdə və dünyada sülhün, əmin-amanlığın bərqərar olması üçün dualar edirlər. Təəssüf ki, məlum pandemiya bu il müsəlmanların bu ənənəsinə mane oldu, amma Uca Allahın göndərdiyi sınaqdan qaydalara əməl edərək hamımız üzüağ çıxacaq, yenidən müqəddəs yerlərdə müsəlmanlar həmrəylik göstərəcəklər.
Bir da Bayramınız mübarək, kəsdiyiniz qurbanlar qəbul olsun!

Tural HÜSEYNLİ,
"Şakir" MTK Tikinti Şirkətinin rəhbəri, iqtisadcı.

BİA.az
скачать dle 12.1