Dünən AXCP-nin 3 fəalı saxlanılıb
Dünən, iyulun 30-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daha 3 fəalı, - Sabunçu rayon şöbəsinin üzvü Babək Muradov, Abşeron rayon şöbəsinin üzvləri Elnur Quliyev və Müşfiq Quliyev saxlanılıb.
Bu barədə AXCP məlumat yayıb.
Məlumatda bildirilir ki, bundan öncə, iyulun 27-də bu partiyanın Sabunçu rayon şöbəsinin üzvləri Yaşar Kərimov və Emin Fərhadov da saxlanılıb.
Hazırda AXCP-nin son saxlanılan 5 fəalının taleyi məlum deyil.
BİA.az