Bia.Az

Rusiyada tutulan “Yetim Sabir” erməni adıyla gəzirmiş - FOTO-SƏNƏD

Cəmiyyət
 17-01-2024, 11:50     292

Şəmkir Rayon Polis Şöbəsi tərəfindən axtarışda olan “Yetim Sabir” ləqəbli Əsgərov Sabir İlham oğlu Rusiya Federasiyasında saxlanılıb.

Gununsesi.info–nun xəbərinə görə, Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə axtarışda olan “Yetim Sabir”i Şəmkir Rayon Polis Şöbəsinin əməliyyatçıları tapıb.

Onun üzərinə baxış zamanı Ermənistan vətəndaşlığını əks etdirən Polşa dövlətinə məxsus oturum kartı aşkarlanıb.

Həmin sənəddə İlham Əsgərovun adı Levan Vxitaryan kimi qeyd olunub.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, İlham Əsgərov Cinayət Məcəlləsinin 180. Soyğunçuluq, 182. Hədə-qorxu ilə tələb etmə, 228 Qanunsuz silah, onun komplet hissələrini, döyüş sursatı , partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, daşıma,və gəzdirmə və 318. Azərbaycan dövlət sərhədini qanunsuz olaraq keçmə maddələri ilə ittiham olunur.

Rusiyada tutulan “Yetim Sabir” erməni adıyla gəzirmiş
скачать dle 12.1