Bia.Az

Laçında ilk - Seçki məntəqələri və laçınlılar prezident seçkilərinə hazırdır - VİDEOREPORTAJ

Cəmiyyət
 17-01-2024, 11:43     236

2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsində əldə olunmuş şanlı Zəfər, 2023-cü ildə həyata keçirilmiş lokal antiterror tədbirləri Azərbaycan dövləti və xalqı üçün yeni bir gələcək, yeni bir inkişaf mərhələsinin əsasını qoydu. Bu qələbəyə - ərazi bütövlüyümüzün təmininə, suverenliyimizin bərpasına gedən yol isə hər saatı, hər anı ilə hesablanmış, planlaşdırılmış bir yol olmuşdu. Bu qələbəni təmin edən amillərdən danışarkən bir çox amillərə toxunmaq olar.

Bu amillərdən danışarkən xüsusilə xalqın dövlətin, ordunun ətrafında bir yumruq halına gəlməsi xüsusilə qeyd edilməlidir.

Bütün bunların fonunda ölkəmizin tarixində ilklər yaşanmaqdadır. Xəbər verildiyi kimi, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq fevralın 7-də bütün ölkə ərazisində prezident seçkiləri keçiriləcək.

Bəli, Azərbaycan tarixində ilk dəfədir ki, ərazi bütövlüyü tam təmin olunmuş şəkildə seçkilərə start verir. Bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir.

Trend İnformasiya Agentliyi 30 il sonra işğaldan azad edilən ərazilərdə ilk seçki ilə bağlı seçki məntəqələrindən və doğma yurduna qayıdan sakinlərdən hazırlanan növbəti videoreportajına daha birini əlavə edib.

Növbəti dayanacağımız Laçındır!

Sözügedən reportajı təqdim edirik:

скачать dle 12.1