Binəqədidə sexdə baş verən partlayışda ölənlərin sayı artıb

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş verən partlayış-yanğın nəticəsində ölənlərin sayı 6-ya çatıb.
Bizimyol.info xəbər verir ki, Baş Prokurorluqdan verilən məlumata görə, dağıntılar altından daha bir nəfərin meyiti aşkarlanaraq çıxarılıb.Baş Prokurorluğun məlumatında bildirilir ki, qeyd olunub ki, paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində baş vermiş partlayışla bağlı hadisə yerində aparılan axtarış-xilasetmə işləri nəticəsində hazırkı vaxtadək 6 nəfərin meyiti dağıntılar altından aşkar olunaraq çıxarılıb.