Bia.Az

"Mən inandığımı atama belə keçməmişəm" - Naxçıvanın yeni rəhbərliyinə İSMARIC...

Cəmiyyət
 11-01-2024, 11:37     115

“Canişin” əfəndinin və əsabələrinin nəzərinə

Mənim bu dünyada ən çox sevdiyim insan atam olub. Buna baxmayaraq, 13-14 yaşım olanda onu belə təndiq edən şeir yazmışam. Çünki onun qızıla mis qatdığını görüb yanlış qənaətlərə düşmüşəm və bunu öz uşaq təfəkkürümlə sərt tənqid etmişəm.
Arayış üçün bildirim ki, atam Naxçıvanın məşhur diş texniki idi. Və öz peşəsinə uyğun olaraq qızıl diş düzəldirdi. Qızıl dişin düzəldilməsi qaydası isə belədir: əvvəl aşağı əyarda olan qızıla sink qatıb, sonra onu turşu ilə təmizləyirsən. Ortaya saf qızıl çıxır. Saf qızıl çox kövrək olduğundan ona 10-12 faiz mis qatıb 850-900 əyarına gətirirsən. Qızıl diş də məhz bu əyarda olan materialdan düzəldilir. Yəni qızıla mis qatmaq bu işin olmazsa olmazı idi.
Mən isə bu peşənin sirlərini bilmədiyimdən atamın müştərilərinə fırıldaq gəlmək üçün qızıla mis qatdığını düşünürdüm. Odur ki, atamı tənqid edən şeir yazmışdım:


“Dünən bir texnik gördüm,
Küçələrdən yığırdı mis.
Üst başını təmiz,
Bürümüşdü qap-qara bir his.
Dedim: əmi mis yığırsan küçələrdən, söylə neyçün?
Dedi: oğlum, bilirsənmi, bu mislərin bircəciyi
Canım qədər qiymətlidir.
Bax, bu mislər qızıl dişin yarısını təşkil edir.
Dedim, əmi, bəs, vicdan?...
Dedi, oğul,
Get, öz işində ol.
Mənə vicdandan daha əziz
Puldur, pul, pul, pul”.

Təbii ki, atam onu sərt təndiq etdiyimə görə məndən xeyli incimişdi. Amma sonra yanında oturdub qızıl dişin necə düzəldildiyini başa salmışdı, mən də onunla ürəyimdə barışmışdım.
Siz də boş yerə mənim qohumlarımı, sinif yoldaşlarımı, qardaşımın, bacımın və digər yaxınlarımın dostlarını narahat etməyin. Mən inandığımı atama belə keçməmişəm. Düz adamsınız, yazdıqlarımı təkzib edib məni düz fikirləşmədiyimə inandırın, məsələ bununla da bitsin. Necə ki, atam belə etmişdi.
Mənim maraqlı deyiləm, bütün yaradıcılığımı Naxçıvanda bitib-tükənməyən, “xan”dan “canişin”ə dədə malı kimi miras buraxılan və “canişin” tərəfindən də halal mirası kimi qorunan problemlərə həsr edəm. Azərbaycanın özü boyda dərdi-səri var və mən artıq daha fərqli məsələlərə odaqlanmaq istəyirəm.

Heydər Oğuz, ovqat.com-un Baş redaktoru
dia-az.info
скачать dle 12.1