Bia.Az

Azərbaycan və Türkiyənin strateji müttəfiq olması Ermənistan ilə Yunanıstanı yaxınlaşdırır - FAKT BUDUR!

Cəmiyyət
 10-01-2024, 20:26     185

Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis Ermənistana rəsmi səfər edib.

Bu barədə Ermənistan mediası məlumat yayıb.


Bildirilib ki, G.Gerapetritisin təyyarəsi Zvartnots hava limanına enib.


Yunan nazir səfər çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.


Daha sonra XİN rəhbərləri birgə mətbuat konfransı keçirəcəklər.

Mövzu ilə bağlı "Sherg.az"a danışan politoloq Turan Rzayev bildirib ki, Yunanıstan xarici işlər naziri Giorgos Gerapetritisinin səfəri öncədən planlaşdırılıb:

"Dövlətlərarası bu cür səfərlər hər zaman olubdur. İki ölkə arasında olan münasibətlər olduqca müsbətdir və müxtəlif sahələrdə geniştərkibli əlaqələr var. Qeyd etmək lazımdır ki, Yunanıstan və Ermənistan münasibətlərinin inkişaf tempi əvvəlki illərlə müqayisədə xüsusi nəzərə çarpır. Səfərin 44 günlük müharibəsi sonrası və Azərbaycan Ermənistan sülh prosesi çərçivəsində olduğu vaxtda baş tutması diqqət çəkir. Yunanıstan regional aktor deyil. Amma Azərbaycan və Türkiyənin strateji müttəfiq olması Ermənistan ilə Yunanıstanı bir-birinə yaxınlaşdırır. Yəni, bir növ "Düşmənimin düşməni mənim dostumdur" misalı üzərindən məsələyə yanaşırlar. Amma bu da bir reallıqdır ki, Yunanıstan ilə Türkiyə arasında münasibətlər müəyyən qədər istiləşməyə doğru gedir. Ancaq Yunanıstan ilə Türkiyə əlaqələri hər zaman nisbi xarakter daşıyıb. Yunanıstanın Qərbə güvənərək Türkiyəyə meydan oxuması iki ölkə arasındakı münasibətləri pisləşdirib. Buna görə də Yunanıstan Türkiyənin diplomatik münasibət qurmadığı və münasibətləri soyuq olan ölkələrlə daha çox yaxınlaşır. Ermənistan dövləti də belə ölkələrdən biridir. Amma indiki məqamda bu səfərin önəmli əhəmiyyəti yoxdur. Sadəcə olaraq Ermənistan və Yunanıstan münasibətlər ilə bağlıdır. Çünki Ermənista- Azərbaycan, Türkiyə-Ermənistan və Yunanıstan-Türkiyə münasibətləri normallaşmağa doğru gedir"
скачать dle 12.1