Bia.Az

Agsu rayon Mərkəzi Xəstəxanasında şəhid həkim Şahin Quliyevin ad gunu yad edilmişdir - FOTO

Cəmiyyət
 10-01-2024, 19:26     227

Ağsu Rayon Mərkəzi Xəstəxanasının adını daşıdığı şəhid həkim Şahin Quliyevin bu gün anadan olmasından 68 il ötür


BİA.az xəbər verir ki, bununla bağlı Ağsu Rayon Mərkəzi Xəstəxanasında tədbir keçirilib. Tədbirdə Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru, kollektivi, şəhidin ailə üzvləri Yasəmən Quliyeva və yaxın qohumları iştirak ediblər.

Tədbirdə ilk olaraq şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şəhidin büstünün önünə gül dəstələri düzülüb.

Tədbiri giriş sözü ilə açan direktor Əli Hüseynov şəhid həkim Şahin Quliyevin haqqında çıxış edib və şəhidin ailə üzvlərinə öz minnətdarlığını bildirib.

Sonra şəhid Şahin Quliyevlə birgə fəaliyyət göstərən həkimlər cıxış edərək öz həmkarları barədə öz ürək sözlərini söyləmiş və şəhidimizi yad qürur hissi ilə yad etdilər.

Qeyd edək ki, Şahin Quliyev Tarverdi oğlu 10 yanvar 1956-cı ildə Ağsu rayonunun Gəgəli kəndində anadan olub. 1962-1973-cü illərdə Gəgəli kənd orta məktəbində təhsil alıb.

1980-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olub, 1987-ci ildə həmin universiteti həkim-terapevt ixtisası üzrə bitirib.

1987-ci ildə avqust ayından Ağsu rayon Gəgəli KHA-da baş həkim vəzifəsinə təyin olunub.

19 noyabr 1993-cü ildə hərbi xidmətə çağırılıb, vətənpərvər həkim Şahin Quliyev 13 may 1994-cü ildə ön cəbhələrdə döyüşlərdə qəhrəmancasına öz xidməti vəzifəsini yerinə yetirərkən şəhid olub.

Ağsu Rayon Mərkəzi Xəstəxanasının tibb kollektivinin müraciəti nəzərə alınaraq Nazirlər Kabinetinin xüsusi qərarı ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına Şahin Quliyevin adı verilib.

Qəhrəmancasına şəhid olan həkimimizi dərin hörmət və ehtiramla anırıq!

Allah rəhmət eləsin!












BİA.az

скачать dle 12.1