Bia.Az

Vətən müharibəsi iştirakçıları Türkiyənin Milli Müdafiə Nazirliyində olublar

Cəmiyyət
 9-01-2024, 14:15     246

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı, Türkiyə Müharibə Qaziləri Dərnəyinin dəvəti ilə qardaş ölkədə səfərdə olan bir qrup azərbaycanlı Vətən müharibəsi iştirakçısı Türkiyənin Milli Müdafiə Nazirliyində olub.

Nnazirlikdə keçirilən görüşdə Türkiyənin milli müdafiə naziri Yaşar Güler, Baş Qərargah rəisi, ordu generalı Metin Gürak, Dəniz Qüvvələri komandanı admiral Ərcüment Tatlıoğlu, Quru Qoşunları komandanı general Səlcuq Bayraktaroğlu və Hərbi Hava Qüvvələri komandanı general Ziya Camal Kadıoğlu da iştirak edib.
Qonaqları salamlayan Türkiyənin milli müdafiə naziri Yaşar Güler 44 günlük müharibədə Azərbaycan Ordusunun yüksək fədakarlıq və qəhrəmanlıq göstərdiyini vurğulayıb: "Azərbaycan türkü təxminən 30 il ərzində həlli dondurulmuş, sinəsində qanayan yara olan Qarabağın azadlığı üçün üzləşdiyi çətinliklər qarşısında əyilmədi, əcdadımıza yaraşan şəkildə vətəninə, xalqına, hüququna və öz torpaqlarına sahib çıxdı.
Nazir bildirib ki, bu böyük Qələbə sadəcə Ermənistan üzərində qazanılan Zəfər deyil, eyni zamanda, illər boyu haqsızlığa, hüquqsuzluğa göz yumanlara, səssiz qalanlara ən gözəl cavabdır.
"Azərbaycanın Zəfəri Türk tarixinə də damğa vurub. Türkiyə olaraq davamlı sülh üçün üzərimizə düşən bütün səyləri göstərdik, bundan sonra da qərarlı bir şəkildə bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Vətən müharibəsində olduğu kimi, bundan sonra da hər zaman can Azərbaycanın yanında olacağıq",- deyə Y. Gülər vurğulayıb.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli səmimi qəbula görə təşəkkürünü bildirib: "Ümumilli Lider Heydər Əliyevin ordu quruculuğu istiqamətində də açdığı yol Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” ideyasına uyğun olaraq imzaladığı sənədlərlə Türkiyə ordusunun Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında, inkişafında çox böyük rolu olub. Ölkəmizin müstəqilliyini tanıyan ilk dövlət də Türkiyədir.
E. Həsənli bildirilib ki, Azərbaycan və Türkiyə arasında hərbi sahədə əməkdaşlıq, yalnız Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi baxımından deyil, ümumən bölgədə sülh və təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyət kəsb edir.
Müharibə dövründə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dəstək verməsi və “mən həmişə Azərbaycanın yanındayam deməsi” Türk xalqını bir daha Azərbaycanla həmrəyliyə səsləməsi, qələbələrimizin qazanılmasında bizə çox böyük mənəvi ruh verdi.
Azərbaycan və Türkiyə əlaqələrinin möhkəm təməlinin qurulmasında Mustafa Kamal Atatürkün və Heydər Əliyevin müstəsna xidmətləri var. Məhz onların Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Heydər Əliyevin isə “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” müdrik kəlamları bu gün iki ölkənin münasibətlərinin təməl prinsiplərinə çevrilib.
"Bakının qurtuluşunda Osmanlı vətəndaşları Nuru paşanın rəhbərliyi ilə böyük şücaət göstərib. Azərbaycanlılar da Çanaqqala və istiqlal savaşına maddi, mənəvi və insanı dəstək veriblər. Bütün bunlar iki qardaş ölkənin hər zaman birlikdə olduğunu göstərən faktlardır",- deyə QHT sədri əlavə edib.
Emin Həsənli ötən il Türkiyədə baş verən təbii fəlakət - zəlzələ zamanı Azərbaycan xalqının necə səfərbər olmasını da xatırladıb. Hər bir Azərbaycan vətəndaşının ölkə Prezidentindən tutmuş sadə insanlara qədər hamının Türkiyədəkmi qardaş və bacılara yardım çatdırmaq istəyini vurğulayıb. Təsadüfi deyildi ki, hadisə barədə məlumat yayılan ilk anlarda Azərbaycandan lazımi ilkin yardımlar çatdırıldı. Bu işdə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə Qarabağ qazilərinin fəallığı da xüsusi qeyd edildi.
İki ölkənin müdafiə qüdrətinin artırılması üçün birgə təlimlərin keçirilməsi, hərbi əlaqələrin möhkəmlənməsi, eyni zamanda hərbi yünümlü təşkilatların əməkdaşlığının gemişləndirilməsi bir daha vurğulandı.
Görüşün sonunda Emin Həsənli Türkiyə milli müdafiə nazirinə Azərbaycan ruhunu daşıyan hədiyyələr təqdim etdi.скачать dle 12.1