Bia.Az

Rektor Yusif Yusibov universiteti Roma imperatoru Yuli Sezar kimi idarə edir.Burda qanun-manun yerimir

Cəmiyyət
 9-01-2024, 14:07     274

Turantv.az saytın elektron poçt ünvanına Gəncə Dövlət Universiteti haqda ilginc məlumat daxil olmuşdur. Həmən sözügedən məlumatı sizə təqdim edirik:

“Son illər ərzində Gəncə Dövlət Universiteti haqqında mətbuatda hədsiz çox
sayda tənqidi və hətta deyərdik ki, həyəcan təbili xarakterli məlumatlar dərc olunur,
müxtəlif təşkilatlara şikayətlər olunur. Ancaq təəssüf və təəccüb hissi ilə qeyd
edirik ki, bu məlumatlara nədənsə ciddi diqqət ayrılmır. Çünki, rektor Yusif
Yusibovun qardaşı Cavanşir Yusibov Maliyyə Nazirliyində aparat rəhbəri
işlədiyindən bütün bu məlumatlar ört-basdır edilir.
Ümumiyyətlə, Yusif Yusibov bu universitetə rektor təyin olunandan sonra bu
təhsil ocağında işlər tam tərsinə gedir.
Təbii ki, Universitetin müəyyən muxtariyyət hüququ var. Amma baxır hansı
sahədə? Dərd burasıdır ki, digər Universitetlərdən fərqli olaraq, GDU-da
muxtariyyət başqa istiqamətdə istifadə edilir.
Rektor Yusif Yusibovun keyfinin ağası olmadığından o da Universitetdə
bacardığı oyunları oynayır. Universitetin professor-müəllim heyəti də qalıb matməəttəl və hamı fikirləşir ki, belə də rektormu olar?!
Sözün qısası, rektor Universiteti dədəsinin mülkü kimi, özünə məxsus olan
şəxsi təsərrüfat kimi işlədir. Gəncə Dövlət Universitetində nə konstitusiya, nə də
təhsil qanunu işləmir. 2014-cü ildə Mikayıl Cabbarovun xeyir-duası ilə universitetə
möhürü oğurlayıb, sabiq rektoru universitetə buraxmayan və qeyri-qanuni yolla rektor keçən Yusif Yusibovun fəaliyyəti nəticəsində böyük tarixi keçmişi olan universitet texniki peşə məktəbi səviyyəsinə düşmüşdür. 2014-cü ildən bu günə kimi universitetin maliyyə sənədləri düzgün yoxlanılsa, buranın Azərbaycanda ən böyük korrupsiya yuvası olmağı üzə çıxar. Rektor hələ beş il tamam olmamış öz
qardaşı Cavanşir Yusibovun əli ilə Maliyyə Nazirliyinin komissiyasını gətirib,
yediyi pullara, elədiyi miqyası ölçüyə gəlməyən korrupsiya işlərinə təmizlik kağızı
alır, guya hər şey qaydasındadır. Hal-hazırda həmin komissiya universitetdədir.
Yusif Yusibovun korrupsiya əməllərinə qanuni don geyindirib, sonra gedəcəklər
Bakıya. Hələ ki, şəhərin ən yaxşı otellərində kef edə-edə qanunsuz əməlləri
qanuniləşdirirlər.
Təhsil Nazirliyinin fəaliyyətsizliyinin nəticəsidir ki, universitet bu vəziyyətə
düşmüşdür. Rektorun özbaşınalığı nəticəsində böyük bir kollektiv olmazın əzab və əziyyət çəkir. Rektor Yusif Yusibov universiteti Roma imperatoru Yuli Sezar kimi idarə edir.
Universitetin bütün ağırlığını çiyinlərində daşıyan professor-müəllim heyəti
350-700 manat arasında maaş alır. Rektor 3 ildən artıqdır ki, kollektivə yalan
satmaqda davam edir. 3 ildir deyir ki, Təhsil nazirliyi ödənişli oxuyan tələbələr üçün
təhsil haqqını qaldıracaq, onda mən də maaşları qaldıracağam.
Yeni il bayramı münasıbəti ilə respublikanın bütün ali məktəblərində məsələn, büdcəsi Gəncə Dövlət Universitetinin büdcəsinin yarısına bərabər olan Naxçıvan Dövlət
Universitetində 400 manat, Texniki Universitetdə dekabr ayında maaşlar 20 faiz qaldırıldı və əlavə olaraq maaşın 30 faizi, Azərbaycam Milli Konservatoriyasında
hamıya öz maaşları həcmində, Sumqayıt Dövlət Universitetində 200 manat, Neft və
Sənaye Universitetində 300-500 manat, Mingəçevir Dövlət Universitetində 150
manat, İqtisad Universitetində 200 manat, Mühəndislər Universitetində 200 manat
məbləğində bütün əməkdaşlara pul mükafatı verildi.
Gəncə Dövlət Universitetinin rektoru isə mənim pulum yoxdur deyə-deyə hər bir müəllimə 38 manat pul verdi.
Universitetdə kafedra müdirləri və dekanlar nökər kimi işlədilir. Rektor şənbə
və bazar günləri də işçiləri işə gəlməyə məcbur edir. Yaxın aylarda universitetin
akreditasiyası keçiriləcəkdir. Tədris departamenti eləcə də digər şöbənin
əməkdaşları onların özlərinin etməli olduqları bütün işləri kafedralara elətdirir və öz adlarına çıxırlar. Rektorun bütün tədris yükünü çiyinlərində daşıyan professormüəllim heyətinin maaşını qaldırmağa canı çıxır, amma öz yaxın ətrafının maaşı isə 2000-dən aşağı deyil. Axırıncı Elmi Şurada müzakirə olunmadan yeni Elmi Katibin təqdimatı ilə 6 nəfərin maaşı yenidən qaldırıldı.
Rektor universitetin nəzdində olan Gəncə Regional Kollecinin direktoru
Fəxrəddin Zeynalovun onun aylıq paketini vermədiyinə görə qardaşının əli ilə
yoxlama təşkil elətdirərək işdən azad olunmasına nail oldu. Ora isə özünün
köməkçisi İlqar Kubışevi direktor təyin etdirdi. Heç bir magistr təhsili olmayan digər
köməkçisi Elsevər Nağıyevi isə dekan təyin edib.
Tarix kafedrasının müdiri Ema xanım vəfat edib, bu xanımın hələ 7-si çıxmayıb, rektor prorektor Şahin Xurşudovun
əli ilə dissertasiya işi saxta olan, qeyri qanuni olaraq dosent seçdirdikləri Səidə
İsmayılzadəni ora kafedra müdiri seçmək istəyir. Bu xanım bütün günü prorektor
Şahin Xurşudovun kabinetindən çıxmır, sanki onun katibəsidir. Səidə xanım bu
kabinetdən necə havalı şəkildə fakültəyə gəlirsə, onun ədası yeri-göyü
dağıdır,hamının işinə burnunu soxur,özünü fakültə dekanı kimi aparır. Zarafat deyil,
arxasında Qoçu Əsgər ləqəbli prorektor dayanıb.
Ümumiyyətlə, Yusif Yusibovun rektorluğu dövründə GDU-da məşuqə
saxlamaq yaman moda minib, yeni-yeni Hüseynbala Mirəlləmovlar peyda olub.
Əlimizdə Qoçu Əsgər ləqəbli prorektor Şahin Xurşudovun və bu xanımla bağlı olan
materialları yaxın günlərdə kütləvi informasiya vasitələrinə göndərəcəyik.
Universitetin inzibati təsərrüfat işləri üzrə prorektoru Fəxrəddin Həsənov bir
gün də olsa, pedaqoji işlə məşğul olmadığı halda, Yusif Yusifovun köməyilə
“Qabaqcıl təhsil işçisi” döş nişanı və “Əməkdar müəllim” adına layiq görülüb..
İllərlə bu Universitetdə can qoyan professorlar, dosentlər, lap elə sıravi
müəllimlər qalıb bir qıraqda, ömrü boyu tikintidən başqa bir sahə tanımayan adam
bu titula layiq görülürsə, daha Universitetdə gedən proseslərə əlavə şərhə ehtiyac
qalmır.
Çünki Fəxrəddin Həsənov sökmə, tikmə, təmir məsələlərində çox pərgardır.
Rektor Yusif müəllimin şəxsi kriteriyalarına uyğunluq baxımından əla kadr
hesab olunur. Ona görə də pedaqoji işlərlə məşğul olmağa, dərs demək üçün müəllim
olmağa ehtiyac qalmır. Fəxrəddin “müəllim” də rektorun ümidlərini yaxşı doğruldur.
Yusif müəllim gələndən elə hey sökür, tikir, təmir edir, vəsaitləri sağa-sola fırlada
bilir. Bir tikiləni bir də tikmək, təmiri təmir üstünə təşkil etməkdən asan yol
olmadığından nəticənin necə olacağı da aydındır.
Universitetdə ən çətin həll olunan məsələ odur ki, bu Universitetdə, digərlərindən fərqli olaraq professor-müəllim heyətinin maaşı bir yerdə dayanıb
durub. Çünki Fəxrəddin Həsənov sehrli malası ilə qalan vəsaitləri suvağa çevirib,
vurur divarlara, rəngə çevirib bəzək edir.
Dosentlərin maaşı 700 manat, müəllimlərin maaşı 380 manatdan yuxarı qalxmadığı halda, Yusif müəllimin katibəsinin, köməkçisinin maaşları kifayət qədər sürətlə və xeyli məbləğ artır. Anası ölmüş müəllimlər də qalır baxa-baxa.
İndi hal-hazırda imtahan sessiyası başlayıb. İmtahanlara 4-5 ay qalmış Yusif
müəllim müəllimlərə tapşırır ki, imtahanda istifadə olunacaq testləri hazırlayıb
kafedraya təqdim etsinlər.
Birdən fikirləşərsiniz ki bunun nəyi pisdir? Əslində pis deyil. Pis olan həmin
işin arxasında duran niyyətdir. Niyyət də bundan ibarətdir ki, testlər və onların
cavabları prorektorun qoçuları tərəfindən oxumayan, dərsə gəlməyən tələbələrə
əvvəcədən ötürülür və onlar da imtahanları “müvəffəqiyyətlə” verirlər. Odur ki belə
imkandan ancaq savadsız və oxumaq istəməyən tələbələr yararlanır, oxuyanların isə qiyməti aşağı düşməkdə davam edir.
İmtahan nəticələrini yoxlamaq da dərs deyən müəllimlərə yox, rektorun “qara
kassası”olan Şahin Xurşudovun məsləhət bildiyi, ləbbeyk deyən şəxslərə tapşırılır.
Bunu nəzərə alan tələblər də ironiya ilə oxuduqları Universiteti Gəncə Dövlət
Universiteti yox, Gəncə Bazar Universiteti adlandırırlar.
Bu qədər özbaşınalığın qarşısında rektor Yusif Yusifov barədə tədbir görən
yoxdur.Çünki Elm və Təhsil naziri Emin Əmrullayev yerində deyil. GDU-da bu qədər yoxlayıb, yoluna qoymaq halları olmasına baxmayaraq, nazir Universitetdə baş verənləri araşdırıb, tədbir görmür, nazirliyə aid olan üçüncü, dördüncü dərəcəli məsələlərlə məşğuldur.
Əlqərəz, professor-müəllim heyətinin təbirincə desək, Yusif müəllim GDU-da əməlli-başlı bazar açıb. Bu adam təzə rektor təyin olunanda əməlinə görə bir
müəllimənin əri tərəfindən əzişdirildikdən sonra indi özünə “telexronitel”
saxlayır.
Təbii ki, bəzi işlər rektorluq olmasa da, yoluna qoyanlar var. Rektor daha
böyük işlərlə məşğul olduğundan “qara” işləri həvalə edib “öz adamına”. O da elə
səliqəli işləyir ki, gəl görəsən.
Yadınızdadırsa, Yusif müəllimdən əvvəlki rektor Yadigar müəllim Universitetin həyətini guya “satmışdı” və orada kafe tikilirdi. Guya buna etiraz
edərək ayağa qalxan professor-müəllim heyətinin təkidli tələbi ilə Yadigar müəllim
vəzifədən uzaqlaşdırıldı. Rektor Yusif Yusifov həmin sahəni satıb. Kafe də tikilir.
Amma ona bu işə görə, kimsə dillənib bir söz demir. Bilirsiniz niyə? Çünki qardaşı
Cavanşir Yusifov Maliyyə Nazirliyində aparat rəhbəridir. Yəni, demək istəyirik ki,
kim xəzinəyə rəhbərlik edirsə, söz sahibi də odur.
Bu günlərdə Gəncə Dövlət Universiteti Jurnalların satınalınması ilə bağlı
tender elan edib. Bu tenderin qalibi “OKIYAN-G.B.I” MMC olub.
Tərəflər arasında 14.240 AZN-lik müqavilə bağlanılıb. Tenderə əsasən ali təhsil
ocağına dərs jurnalı, pedaqoji təcrübə
jurnalı alınmalıdır.
Bildirək ki, qalib MMC-nin nizamnamə kapitalı 2 AZN-dir, qanuni təmsilçisi Etibar
Fəxrəddin oğlu Səftərovdir. Halbuki bu jurnalların pulunu dekanlara ödətdirirlər.
Reaktivlərin alınması ilə bağlı tenderdə isə “Viva Medical Group” MMC ilə
30968 AZN -lik müqavilə bağlanılıb. Pullar yeyilib, laboratoriyalara isə heç nə
alınmadan, guya alınan reaktivlər işlədilib. Avadanlıqların satınalınması ilə bağlı
“Elvi.M.M. Services Group” MMC ilə 439109 AZN, İnventarların satınalınması ilə
bağlı “Qardaşlar Mebel” Qapali Səhmdar Cəmiyyəti ilə 195939 AZN, Dəftərxana
təsərrüfat mallarının satınalınması ilə bağlı “Stil555” MMC ilə 191136 AZN,
Yumşaq inventarların satınalınması ilə bağlı “Kale Solution” MMC ilə 59507 AZN,
Mətbəə və promo mallarının satınalınması ilə bağlı “Unversal-Ltd” MMC ilə 39779
AZN, Dezinfeksiya və deratizasiya işlərinin satınalınması ilə bağlı “Santec” MMC
ilə 21332 AZN, Musiqi alətlərin satınalınması ilə bağlı “Gold Premium” MMC ilə 17132 AZN, İdman mallarının satınalınması ilə bağlı “Kaktus 57” MMC ilə 15085 AZN-lik müqavilələr bağlanılıb.Tədris müəssisəsində bir ildə bu qədər tendermi olar???
Bu hələ bildiklərimizin yüzdə biridir, desək, səhv etmərik. Siz də
yanılmayın, dəyərli oxucular.
Yanılıb Gəncə Dövlət Universiteti desəniz, əziz gəncəlilər, sizdən inciyərlər. Çalışın ki,Gəncə Bazar Universiteti adını yadınızdan çıxarmayın…
Bizi izləyin…
Bəs görəsən, bu çirkin idarəçilik üsuluna nə zaman son qoyulacaq və adları
çəkilən şəxslər nə vaxt layiqli cəzalarını alacaqlar?!..
Hörmətlə,
GDU-nun bir qrup professor-müəllim heyəti.
Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
скачать dle 12.1