Bia.Az

Məşhur tarixçi Prezidentə buna görə müraciət etdi - "Əminəm ki..."

Cəmiyyət
 7-01-2024, 15:04     142

arixçi alim, professor Ədalət Tahirzadə Azərbaycan Cümhuriyyətinin (1918-1920) lideri Məhəmmədəmin Rəsulzadənin 140 illik yubileyinin qeyd edilməsi ilə bağlı dövlət başçısının Sərəncamını təqdir edib.

Məşhur tarixçi Moderator.az-a açıqlamasında dövlət başçısına Rəsulzadənin adının Bakı Dövlət Universitetinə qaytarılması ilə bağlı xahiş də ünvanlayıb:

“Məhəmmədəmin Rəsulzadənin anadan olmasının 140 illik yubileyini qeyd etmək haqqında sərəncam vermiş Azərbaycan Prezidenti İlham Əliyev cənablarına bir vətəndaş kimi öz minnətdarlığımı bildirirəm. Eyni zamanda yenə bir vətəndaş kimi cənab Prezidentdən xahiş edirəm ki, Məhəmmədəmin bəyin gerçək doğum tarixi olan 12 martadək onun adının Bakı Dövlət Universitetinə qaytarılması və BDU-nun girişindəki daşın götürülüb onun yerində Rəsulzadənin heykəlinin, yaxud büstünün qoyulması haqqında da sərəncamlar versin. Əminəm ki, bu sərəncamları bütün Azərbaycan xalqı ürəkdən bəyənər və Prezidentə minnətdar olar”.
скачать dle 12.1