Bia.Az

Koronavirusun yeni variantı ürək çatışmazlığı riski yaradır - Əlamətləri VAR

Cəmiyyət
 7-01-2024, 15:01     124

Uzun müddətdir dünyanı müxtəlif variantlarla təsir altına alan Covid-19 epidemiyası "JN1" variantı ilə yenidən gündəmə gəlib. Ümumdünya Səhiyyə Təşkilatının risk qiymətləndirməsində qeyd olunub ki, “Bu variantın xüsusilə qış mövsümünə qədəm qoyan ölkələrdə koronavirusa yoluxma hallarının artmasına, eləcə də digər virus və bakterial infeksiyaların artmasına səbəb ola biləcəyi proqnozlaşdırılır.

Sherg.az xəbər verir ki, Türkiyəli professor Alper Şener isə sosial media hesabında yeni variantın ürək çatışmazlığı riski yaratdığına dair əlamətləri olduğunu ifadə edib. İngiltərə və Yaponya alimlərinə istinad edən professorun sözlərinə görə, koronovirusun yeni altvariantı "JN1" virusunun ürəyin fəaliyyətinə zərər verdiyi və ürək çatışmazlığına səbəb olduğu ilə bağlı ehtimallar artıb. Bu çox ciddi məsələdir.


JN1 -ə yoluxmanın risklərinə toxunan Şener deyib ki, yaşlılarda və gənclərdə JN1 -in koronavirusun digər altvariantları arasında ciddi bir fərq yoxdur: "Lakin ürək çatışmazlığına səbəb olması faktı özünü doğrultsa, pandemiyanın başlamasından bu yana koronavirus üçün ishaldan başqa ikinci bir klinik əlamət müşahidə ediləcək".

Artıq Türkiyədə koronavirus testlərinin və analizlərin aparılmadığını vurğulayan Şener deyib ki, mövsümün əvvəlində 65 yaşdan yuxarı insanlara COVİD 19-un yeni növlərinə qarşı vaksinasiyanın tətbiqi ilə bağlı çağırışlar edilmişdi: "Profilaktika üçün də maskalardan istifadə tövsiyyə edilir. Səhiyyə Nazirliyi isə hələlik JN1-lə bağlı heç bir açıqlama verməyib. Qeyd etdiyim kimi biz artıq PCR də etmirik. Bu isə o deməkdir ki, koronavirusa yoluxmalarla bağlı variant təhlili aparılmır".
скачать dle 12.1