Bia.Az

FRANSIZ İŞİ... - GƏLİŞMƏ

Cəmiyyət
 3-01-2024, 17:06     206

Fransada Natəvanın heykəlinin sökülməsi iki ölkə arasında siyasi gərginliyi üst səviyyəyə daşıyacaq. Halbuki, siyasi münasibətlərdəki gərginliyin Natəvanın heykəlinə dəxli yoxdur. Fransada Natəvanın heykəlinin bağdan götürülməsinə etiraz edən cəmi bir neçə nəfər var. Bəs Parisdə illər boyu Azərbaycanın mədəniyyət tədbirlərinə qatılanlardan, musiqimizi alqışlarla qarşılayanlardan, muğamımızı yüksək qiymətləndirənlərdən niyə səs çıxmır? Onlar hardadır, niyə Fransanın Cənubi Qafqaz siyasətinin korrektə edilməsi barədə prezident Emmanuel Makrona etiraz məktubu yazmırlar? Etiraz etmirlərsə, demək Azərbaycanın ərazi bütövlüyünü və Qarabağ üzərində suverenliyinin bərpası məsələsində onlar da Makron kimi düşünürlər. Fransadakı erməni lobbisi bəhanədir, Natəvanın heykəlinin götürülməsi fransalıların öz təşəbbüsüdür. Münasibətlər nə zamansa normallaşsa belə heykəlin yerinə qaytarılacağı şübhə doğurur.

Müəllif: Elxan Şahinoğlu
Təqdim etdi: DİA-AZ.İNFO (Ərsoyun Bloqu)
скачать dle 12.1