Bia.Az

Nazirliklə keçmiş işçisi arasında qalmaqal davam edir - İş Ali Məhkəmədədir

Cəmiyyət
 3-01-2024, 17:02     201

Bakı Apellyasiya Məhkəməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş işçisi Afət Şeyx-Zadənin şikayətini təmin etməyib.

Qaynarinfo xəbər verir ki, o, Ali Məhkəməyə kassasiya şikayəti verib. Rahib Nəbizadə iş üzrə hakim təyin edilib.

Afət Şeyx-Zadə ilə nazirlik arasında mübahisə o, işdən çıxardıldıqdan sonra yaranıb. Şeyx-Zadə işdən çıxarılmasını əsassız hesab edərək məhkəməyə müraciət edib.

Nazirliklə keçmiş işçisinin arasında başqa qalmaqal da yaşanır. Bu Afət-Şeyxzadənin əlillik dərəcəsi ilə bağlıdır.

ƏƏSMN-nin keçmiş işçisi ikinci qrup əlil olub. Lakin nazirlik onun ikinci qrup əlillik dərəcəsini üçüncü qrupla əvəz edib.

Afət Şeyx-Zadə bu məsələni də məhkəmədə mübahisələndirib və qalib gəlib.
скачать dle 12.1