Bia.Az

Azərbaycanlı deputatla iranlı nazir arasında gərginlik - TƏFƏRRÜAT

Cəmiyyət
 3-01-2024, 16:49     201

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistandakı “Metsamor” atom elektrik stansiyasının sərhəddəki Araz çayını radioaktiv maddələrlə çirkləndirə biləcəyi ilə bağlı iddiaları təkzib edib.

“Cebhe.info” “Tasnim”-ə istinadən xəbər verir ki, xarici işlər naziri Tehranda İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının iclasında iştirak edib.

Güney Azərbaycanın Ərdəbil şəhərinin şimal-qərbindəki iki sərhəd bölgəsini təmsil edən parlamentarinin sualını cavablandıran Əmir Abdullahian Araz çayının radioaktiv çirklənməsi ilə bağlı narahatlıqları əsassız adlandırıb. Nazirin sözləri güneyli deputatın etirazına səbəb olub.

O bildirib ki, İranın Atom Enerjisi Təşkilatının texniki hesabatı və yoxlama fəaliyyəti Ermənistanda “Metsamor” AES-in fəaliyyəti nəticəsində Araz çayının çirklənməsi ehtimalını təkzib edir.

Halbuki “Metsamor” Atom Elektrik Stansiyası hər gün Araz çayına 12-16 min kubmetr radioaktiv tullantı atır.
скачать dle 12.1