Bia.Az

Millətin NATƏVAN KƏDƏRİ... - ən kədərlisi isə...

Cəmiyyət
 3-01-2024, 16:27     203

Fransanın Evian-le-Ben şəhərinin rəhbərliyi Xurşudbanu Natəvanın heykəlini demontaj etməyə hazırlaşır. Fotodan göründüyü kimi, bunun üçün "tədarük" də görülüb. Təbii ki, bu, bir siyasi məsələdir. Ancaq adam istər istəməz şairənin acı dolu taleyi barədə düşünür. Nə sağlığında xoşbəxt həyat yaşayıb, nə də indi kiçik bir heykəlini dinc qoymurlar.

Atasını 15 yaşında itirib, üzərində böyük miras qalıb, mülkləri əllərindən alınmasın deyə məcbur qalıb ərə getməli olub. Həyatı gətirməyib, ikinci ərə gedib. Gənc oğlu dünyasını dəyişib. Gözləri önündə babasının əsasını qoyduğu Qarabağ xanlığını əllərindən alıb erməniləşdiriblər. Şuşadakı mülkünü nə günə salıblar, görmüşük. Ağdamda İmarətdə məzarını qazıb sümüklərini də oğurlayıblar ermənilər.

Cənab Prezidentin göstərişi ilə Ağdamda ilk bərpa olunan onun məzarüstü abidəsi oldu. Bu, Natəvanın kədərli taleyinin xalqımız üçün önəminin göstəricisidir. Ancaq... ən kədərlisi bu abidənin altındakı boşluqdur. Baba-nənələrimizin viran edilmiş minlərlə məzarı kimi...

Müəllif: Rüstəm Qaraxanlı
Təqdim etdi: DİA-AZ.İNFO (Ərsoyun Bloqu)
скачать dle 12.1