Bia.Az

Heyvan və quş ətinin satışı yenidən ƏDV-dən azad edildi

Cəmiyyət
 2-01-2024, 01:34     287

Bu gündən Azərbaycanda heyvan və quş ətinin satışı daha 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilib.

KONKRET.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib.

Bu güzəşt müddəti 2027-ci il yanvarın 1-nə kimi uzadılıb.

Qeyd edək ki, Azərbaycanda heyvan və quş ətinin satışı 2020-ci il yanvarın 1-dən ƏDV-dən azad edilib.

Ölkədə ƏDV dərəcəsi 18 % təşkil edir.
скачать dle 12.1