Bia.Az

Vəkil özünü yandırdı: Anar Bağırovdan reaksiya

Cəmiyyət
 1-01-2024, 21:20     316

Bakıda intihar hadisəsi baş verib.

Axar.az xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.

Özünü yandıran Zaur İsa oğlu Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

Zaur Məmmədovun özünü yandırmasına Vəkillər Kollegiyasının sədri Anar Bağırov münasibət bildirib:

Vəkil Zaur Məmmədovun Vəkillər Kollegiyası ilə hər hansı problemi olmayıb. Onun niyə belə bir addım atması bizi də təəccübləndirdi. Hadisə haqqında eşidəndə Salyan rayon Vəkil Bürosunun müdiri ilə əlaqə saxladım. Büro müdiri dedi ki, son zamanlar gərgin idi.

Kollegiya ilə onun arasında hər hansı isə problem baş verməyib. Barəsində intizam işi olmayıb. Hazırda aidiyyəti üzrə istintaq orqanında araşdırma aparılır. Hər halda araşdırma zamanı onun niyə belə bir hadisəyə əl atması üzə çıxacaq”.

Sədr Zaur Məmmədovun yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, Zaur Məmmədov Salyan Rayon Bürosunda fəaliyyət göstərirdi.скачать dle 12.1