Bia.Az

24-cü ilin yubilyarları - SİYAHI

Cəmiyyət
 26-12-2023, 14:29     258

2024-cü il Azərbaycanın bir çox tanınmış şəxsinə yubiley yaşı gətirir. BİA.az xəbər verir ki, Novator.az bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, dövlət xadimi Abbas Abbasov, diplomat Aqşin Mehdiyev, siyasətçi Mətləb Mütəllimli, jurnalist, incəsənət xadimi, alim İlham Rəhimli, müğənni Əli Mirəliyev, futbol veteranı Nikolay Smolnikov 75 yaşa, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov, Milli Məclisin deputatları Rafael Hüseynov, Sabir Hacıyev, dövlət xadimləri Əli Teymur oğlu Nağıyev, İsmət Abasov, diplomat İsfəndiyar Vahabzadə, siyasətçi Sərdar Cəlaloğlu, naşir, ictimai xadim Əlövsət Ağalarov, tarixçi alim Boran Əziz, şərqşünas, siyasi xadim Gövhər Baxşəliyeva, filoloq alim Nizaməddin Şəmsizadə, jurnalistlər Vasif Quliyev, Qulu Məhərrəmli, İsmayıl Ömərov, Adil Cəmil, Həsən Həsənov, Ramiz Əsgər, Telli Pənahqızı, şairlər Əlisəmid Kür, Baba Vəziroğlu, yazıçı, publisist Azad Qaradərəli, teatr və kino xadimi Cahangir Novruzov, bəstəkar Siyavuş Kərimi, tarzən Möhlət Müslümov, müğənni Nisə Qasımova 70 yaşa çatırlar.

Prezidentin köməkçisi, administrasiyanın hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Prezident Administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov, müdafiə naziri Zakir Həsənov, dövlət xadimi Heydər Əsədov, diplomat Tofiq Zülfüqarov, siyasətçilər, Birinci Qarabağ müharibəsinin veteranları Arif Paşa, Fəhmin Hacıyev, siyasətçi Əvəz Temirxan, filoloq alim Paşa Kərimov, yazıçı Çingiz Abdullayev, şair Qəşəm Nəcəfzadə, şair, publisist Murad Köhnəqala, satirik yazar Mirzə Sakit, jurnalistlər Şəmistan Əlizamanlı, Tahir Rüstəmov, Əlisəftər Hüseynov, Tofiq Abbasov, incəsənət xadimi Azad Şükürov, aktrisa Firəngiz Mütəllimova, dirijor Yalçın Adıgözəlov, voleybol veteranı Faiq Qarayev, futbol veteranları Maşallah Əhmədov, Vaqif Sadıqovun 65 yaşı tamam olur.

Birinci vitse-prezident Mehriban Əliyeva, Milli Məclisin deputatları Səməd Seyidov, Sahib Alıyev, hərbçi, dövlət xadimi Arzu Rəhimov, dövlət xadimi Etibar Pirverdiyev, siyasətçi İkram İsrafil, ictimai xadim Əliməmməd Nuriyev, şair, yazıçı, jurnalist Rəşad Məcid, şair Faiq Balabəyli, jurnalist İbrahim Məmmədov, müğənni Azər Zeynalov 60 yaşı tamamlayırlar.

Milli Məclis sədrinin müavini Adil Əliyev, prezidentin köməkçisi, administrasiyanın dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənov, energetika naziri Pərviz Şahbazov, Milli Məclisin regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, siyasətçi İqbal Ağazadə, şair, jurnalist Qulu Ağsəs, jurnalistlər Əvəz Zeynallı, Şahvələd Çobanoğlu, Alqış Həsənoğlu, Akif Aşırlı, Sevinc Osmanqızı, Lalə Əliyeva (Cəfərova), modelyer Fəxriyyə Xələfova 55 yaşı, Qarabağın işğaldan azad edilmiş ərazilərində (Şuşa çıxılmaqla) prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov, jurnalistlər Xoşqədəm Hidayətqızı, Eldəniz Elgün, futbol veteranı Dmitri Kramarenko 50 yaşı haqlayırlar.скачать dle 12.1