Bia.Az

“III Regional Azərbaycan Kuboku” yarışma layihəsinin Ağsu rayonu üzrə seçim turu keçirilib

Cəmiyyət
 23-12-2023, 14:30     562

Ağsu rayon Mədəniyyət evində Azərbaycan Gənclər Fondu dəstəyi və İsmayıllı İntellektual Oyunlar Klubu İctimai Birliyinin təşkilatçılığı ilə rayon məktəbliləri və gəncləri arasında “Nə? Harada? Nə zaman?“ intellektual oyunu üzrə “III Regional Azərbaycan Kuboku” yarışma layihəsinin seçim turu keçirilib.

BİA.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan İsmayıllı İntellektual Oyunlar Klubunun sədri Azad Manaflı yarış iştirakçılarını salamlamış, layihənin keçirilməsində əsas məqsəd Ümummilli Lider Heydər Əliyev siyasətinin gənc nəsilə aşılamaq, qəhrəmanlarımızın keçdiyi şərəfli yolu intellekt yolu ilə gənclərimizə çatdırmaq, vətənpərvərlik hisslərinin geniş təbliği, ölkənin tarixini, coğrafiyasını, milli-mənəvi dəyərlərini öyrətməkdən ibarət olduğunu qeyd edib və göstərilən dəstəyə görə Ağsu Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirib.

Ağsu Rayon İcra Hakimiyyətinin məsul işçisi Kənan Tacızadə çıxış edərək ordumuzun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük tarixi Vətən Müharibəsində qazandığı qələbədən danışıb və onlara daima vətənpərvər ruhda yetişməyi, milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə almağı, tariximizə yaxşı bələd olmağı, dilimizi yaxşı bilməyi və daima Vətənə sadiq olmağın vacibliyini qeyd edib.
Yarışda rayonun ümumilikdə 12 komandası iştirak edib və yekun nəticələrə əsasən Ağsu şəhər 3 saylı tam orta məktəbinin komandası rayon seçim turunun qalibi olub və diplomla təltif edilib.

BİA.az
скачать dle 12.1