Bia.Az

Ağsuda Ulu Öndərin 100 illiyinə həsr edilmiş “Vətən oğulsuz olmasın” kitabının təqdimatı keçirilib

Cəmiyyət
 23-12-2023, 14:16     365

Ağsu rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin nəşr etdirdiyi “Vətən oğulsuz olmasın” kitabının təqdimatı keçirilib.

BİA.az xəbər verir ki, təqdimat mərasimində Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Mirzəliyeva, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Alıyeva, rayonun mədəniyyət, incəsənət, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.  

 Tədbirdə çıxış edənlər bildiriblər ki, “Vətən oğulsuz olmasın” kitabında Ümummilli Lider Heydər Əliyevin xalq şairi Mirvarid Dilbazi ilə görüşü zamanı onların çıxışları, Mirvarid Dilbazinin Ulu Öndərə həsr etdiyi şeirləri toplanıb. Həmçinin qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev poeziyamızın inkişafında misilsiz xidmətlər göstərib. Bu da, həmin dövrün yazıçı və şairlərinin yaradıcılğında öz əksini tapıb. İstər yazarların, istərsə də, ədəbiyyatşünasların dayağı olan Ulu Öndər ədəbiyyata dərindən bələd olub və bu sahəyə daim sevgi ilə yanaşıb. Eyni dövrdə yaşayıb, yaratmış xalq şairi Mirvarid Dilbazinin yaradacılığında Ümummilli Lider Heydər Əliyev dühası xüsusi yer tutur.

 Çıxışçılar Prezident cənab İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın milli mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamətində misilsiz fəaliyyətlərindən, eləcə də elm və mədəniyyətimizin inkişafına göstərdikləri diqqət və qayğıdan bəhs ediblər.






BİA.az



скачать dle 12.1